Qamma qamma karotajı üsulu – bu üsulla süxurların həcm sıxlığının və maddi tərkibinin öyrənilməsində istifadə edilir.
Neytron qamma karotajı – süxurların neytron axını ilə şüalandırdıqda onlarda yaranan qamma şüalanmanın intensivliyinin ölçülməsinə əsaslanır;
Akustik karotaj üsulu - Quyularda 20kHs tezliydən böyük olan ultraəsas və səs tezlikli elastiki dalğaların xarakteristikalarının ölçülməsi ilə süxurların xassələrinin öyrənilməsinə akustik karotaj deyilir. Qeyd olunan parametrlərin tipindən asılı olaraq akustik karotajın aşağıdakı modifikasiyaları mövcuddur.
1) Sürətə görə AK
2) Sönməyə görə AK
3) Geniş zolaqlı AK
4) Akustik tv ölçən
5) Akustik karotaj sementölçən
Bu üsulla ilk dəfə 1937-ci ildə Astrobiski tərəfindən təşkil edilmişdir. Akustik karotaj məlumatlarına əsasən aşağıdakı məsələlər həll edilir. Süxurların kollektorluq xüsusiyyətlərinin öyrənilməsi, karbonatlı kəsilişlərdə çatlı və kavernalı zonaların təyini, sementləşmənin keyfiyyətinə nəzarətdə istifadə olunur.
Quyuların texniki vəziyyətinə nəzarət üsulları. Quyular müəyyən layihə dərinliyinə qədər qazıldıqdan sonra texniki vəziyyətə nəzarət məqsədilə quyularda karotaj işləri aparılır. Bu karotaj üsulları təyinata uyğun olaraq kəmərli və kəmərsiz quyularda aparılır. Kəmərsiz quyularda aparılan texniki vəziyyətə nəzarət üsulları aşağıdakılardır:
1) Kavarnometriya üsulu
2) Inklonometriya üsulu
3) Termometriya üsulu
4) Profilometriya üsulu
5) Naklonometriya üsullarıdır.
Kəmər salınmış quyularda isə əsasən sementləməyə nəzarət üsulları tətbiq olunur. Bu üsullar aşağıdakılardır:
1) Termometriya üsulu
2) İzotoplar üsulu
3) AKS üsulu
4) Qamma-qamma sementölçən
Quyu müəyyən layihə dərinliyinə qədər qazıldıqdan sonra onun istismara yararlılığı müəyyən olunur. Əgər istismara yararlıdırsa, quyuya kəmər salınır ( quyuya salınan kəmərin diametri quyunun həqiqi diametrinin kəsiliş üzrə ən kiçik qiymətindən 5-6 mm kiçik götürülür) və kəmərarxası fəza sementlənir. Kəmərarxası fəzada sementin qalxma səviyyəsini və keyfiyyətini müəyyənləşdirmək üçün keyfiyyətə nəzarət üsulları tətbiq olunur. Kəmərarxası fəzaya sementin vurulması aşağıdakı məsələlər üçün vacibdir:
1) Quyu möhkəm olsun, yəni sement daşlarının süxur və kəmərlə kip əlaqəsi
2) Sementin kəmərarxası fəzada bərabər paylanması
3) Bir laydan digər laya flüid axınının qarşısının alınması
4) Kəmərin eroziyadan təcrid edilməsi və onun uzunömürlüyünün təmin edilməsi.
Yuxarıda sadaladığımız sementləməyə nəzarət üsullarından təcrübədə ən çox AKS üsulu tətbiq olunur. Çünki bu üsul sementləmənin keyfiyyətinə nəzarət edir. Digər 3 üsul isə yalnız sementin qalxma hündürlüyünə nəzarət edir.
Termometriya üsulu - Quyuların texniki vəziyyətinə nəzarət üsullarından biri də termometriya üsuludur. Termometriya üsulu həm kəmərli həm də kəmərsiz quyularda tətbiq edilir. Termometriya üsulunun nəticələri bir sıra məsələlərin həllində əhəmiyyətli hesab edilir:
1) Kəmərarxası fəzaya vurulan sementin qalxma hündürlüyünə nəzarət məqsədilə
2) Kəmərarxası fəzada maye axınının istiqamətini müəyyənləşdirmək məqsədilə
3) Geotermik pillə və geotermik qradiyentin ölçülməsi məqsədilə tətbiq edilir.
4) Qoruyucu kəmərin sınmış hissəsinin yerinin təyini məqsədilə
5) Quyu kəsilişinin təxmini geoloji öyrənilməsi məqsədilə istifadə edilir.
Məlum olduğu kimi termometriya üsulu ilə quyularda temperaturun paylanması öyrənilir. Quyuların temperaturunun paylanması kəsilişi təşkil edən süxurların istilik xüsusiyyətlərindən asılıdır.