Mühazirə 1 Nanotexnologiya


Lay süxurlarının keçiriciliyi və keçiricilik əmsalları



Yüklə 1,74 Mb.
səhifə6/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
C fakepathMuhazire toplusu

Lay süxurlarının keçiriciliyi və keçiricilik əmsalları.
Lay süxurların məsamələrində yığılmış neftin və qazın həcmi özü-özlüyündə onların sənaye əhəmiyyətini səciyyələndirmir. Lay flüidlərinin hərəkəti süxurlarda keçirici mühitin mövcudluğu şəraitində mümkündür. Süxurların özündən neft, qaz və su axımı qabiliyyəti onun keçiriciliyini səciyyələndirir. Qumlar, qumdaşları keçirici olduğundan onlarda aktiv maye axımı baş verə bilər. Sıx əhəngdaşı və xüsusilə gillər keçirici olmadığından belə laylarda maye süzümü qeyd olunmur.
Yataqların işlənilmə effektivliyinə süxur keçiriliyi çox mühüm təsir edir. Odur ki, onun tədqiqinə və alınan nəticələri işlənilmə layihələrində istifadəsi ilə əlaqədar məsələlərin həlli ön plana çəkilir. Müəyyən olunmuşdur ki, süxur keçiriciliyi lay flüidlərinin hərəkətinə eyni dərəcədə təsir etmir: mayelərin hərəkətini məhdudlaşdıran keçirici kanallar, qazlar üçün həmin funksiyanı oynamır (lay təzyiqinin aşağı enməsi dərhal quyu dibi zonaya qaz axımına səbəb olur).
Qeyd olunan mühazirələri nəzərə alaraq süxurların keçiriciliyinin öyrənilməsində aşağıdakı parametrlərdən istifadə edilir.
1. Mütləq keçiricilik. Bu göstərici lay süxurlarının fiziki xassələrini səciyyələndirir. Onu təyin etmək üçün quyudan götürülmüş süxur nümunəsindən qaz axımı hesablanır. Burada nəzərə tutulur ki, qaz neftə nisbətən bütün mümkün kanallardan daha aktiv keçmək qabiliyyətinə malikdir. Odur ki, qaz axımı qeyd olunan ən kiçik keçiricilik qiymətinə həmin süxurun mütləq keçiriciliyi deyilir.
2. Faza keçiricilik. Layda yerləşən flüidlər (neft, su, qaz) eyni keçiricilikdə müxtəlif axım göstəriciləri ilə səciyyələnirlər. Neftin özlülüyünün dəyişməsi onların süzülmə dərəcəsinə kəskin təsir edir: yüksək özlülü neftlərin axmadığı keçirici mühitdə az özlülü neftlər süzülə bilir. Faza keçiriciliyi isə süxurun konkret fazanı (flüidi) özündən keçirməsini səciyyələndirir. Beləliklə, faza keçiriciliyinin qiymətini təyin etmək üçün süxurların fiziki xassələri ilə yanaşı lay flüidlərinin fiziki-kimyəvi xassələri və onların doyma dərəcələri müəyyən olmalıdır.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin