MühaziRƏ 1 Nİtq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və TƏBLİĞi haqqinda



Yüklə 150,1 Kb.
səhifə1/57
tarix01.01.2022
ölçüsü150,1 Kb.
#104056
  1   2   3   4   5   6   7   8   9   ...   57

MÜHAZİRƏ - 1

NİTQ MƏDƏNİYYƏTİNİN TƏDQİQİ, İNKİŞAFI VƏ

TƏBLİĞI HAQQINDA
Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, obrazlı, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları, vasitələri böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur.

Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda, Ərəbistanda bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, fəsahətli və bəlağətli dantşığın, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur. Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş, inkişaf etmişdir. Qədim Yunanıstamn ictimai-siyasi həyatındakı mübarizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi və s. ilə bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə, yüksəlməyə başlayır. ölkəni idarə edənlər ideyalarını müdafiə etmək, məqsədlərini kütlələrə çatdırmaq, onları öz arxasınca aparmaq məqsədilə sözdən, natiqlik sənətindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışırdılar.

Bu dövrdə natiqlik sənətinin nəzəriyyəsindən bəhs edən «Ritorika»1 eimi də yaranır və kamil bir şəkildə inkişaf edir. Dövrün tarixi şəraitindən qaynaqlanan natiqlik sənəti bizim eradan əvvəl V və IV əsrlərdə özünün çiçəklənmə dövrünü keçirir. Tisiy, Isokrat, Andokid, Hiperid, Esxin, Dinarx, Likurq, Demosfen, Qorki! Koraks, Aristotel və b. həmin dövrün görkəmli şəxsiy-yətləri, alimləri, ən başlıcası isə natiqləri olmuşlar. Onlar ' natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini qurmuş və sistemini yaratmışlar. Qədim yunan ritorikası, orada işlə-dilən terminlər bu gün belə qiymətlidir, diqqəti cəlb edir və ixtisas sözləri kimi işlədiiir.

Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel1 335-ci ildə «Ritorika» adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini və sairəni geniş şəkildə izah etmişdir. «Ritorika» əsəri üç hissədən ibarətdir:


Yüklə 150,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin