MühaziRƏ 1 Nİtq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və TƏBLİĞi haqqinda


MÜHAZİRƏ-5 VURĞU. HECA VƏ SÖZ VURĞUSU. HƏYƏCANLI VURĞU



Yüklə 150,1 Kb.
səhifə23/57
tarix01.01.2022
ölçüsü150,1 Kb.
#104056
1   ...   19   20   21   22   23   24   25   26   ...   57
MÜHAZİRƏ-5

VURĞU. HECA VƏ SÖZ VURĞUSU. HƏYƏCANLI VURĞU.

NİTQ FASİLƏSİ. NİTQİN MELODİKLİYİ

Plan:

1. Vurğu haqqında məlumat

2. Heca və söz vurğusu

3. Həyəcanlı vurğu

4. Nitq fasiləsi

5. Nitqin melodikliyi
Ədəbiyyat:

1. Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008.

2. Əliyev K. Azərbaycan natiqlik sənəti. Bakı, 1983.

3. Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat., Bakı, 2005.
VURĞU. Vurğu intonasiyanın əsas ünsürlərindəndir. Dilçilik ədəbiyyatında onun üç növündən – heca vurğusu, məntiqi vurğu və həyəcanlı vurğudan bəhs olunur.

HECA VURĞUSU. Söz vurğusu nltqdə, əsasən iki vəzifəni yerinə yetırir:

1. Sözlərdə forma gözəlliyi yaradır.

2. Sözlərdə yeni məna əmələ gətirir.

Bunlardan birincisi fonetik, ikincisi fonesemantik vəzifədir. Vurğu öz yerində deyiləndə söz tam, dəqiq, səlis, təbii, ürəyəyatan formasını, ən optimal fonetik şəklini alır. Əks halda, sözlər bayağılaşır, öz axarından uzaqlaşır, süni deyim yaranır, məna anlaşılmır. Şifahi nitq üzərində müşahidələr göstərir ki, sözlərin vurğusu səhv vurulanda həm sözlərin, həm də bütövlükdə cümlələrin mənası dolaşır. Məsələn: də'ymə düşər - dəymədüşə'r, görməmiş -görməmi'ş, bağla/ - ba'ğla, yağsa' - ya'ğsa, qı'zdır –qızdır kimi omonimləşmiş sözlər yalnız vurğu vasitəsi ilə fərqlənir. Sözlərdə vurğunun qüsurlu tələffüzü nitqin gözəlliyinə xələl gətirir, onun təbii gücünü azaldır, nəzərdə tutulan fikir, ideya, məqsəd dinləyiciyə istənilən səviyyəyə çata bilmir.

Kəlmələrin deyilişində vurğunun qüsurlu tələffüzü ilə bağlı yaranan qeyri-adilik dərhal nəzərə çarpır. Bu, nitqin təsirini azaldır, eşidənlərin diqqətini söhbətin məzmunundan yayındırır.

Sözlərdə vurğunun düzgün tələffüzü mühazirəçi, müəllim, söz sənəti ilə məşğul olan adamlar üçün daha vacibdir. Hər hansı bir alınma sözün, terminin deyilişinda yoi verilən qüsurlar mühazirəçinin (müəllimin) nitqinə xələl gətirir, onun effektini azaldır.

Vurğunun düzgün tələffüzü alınma sözlərin deyilişində xüsusi əhəmiyyət kəsb edir. Dilimizdə işlətdiyimiz alınmalar vurğunun işlənmə yerinə görə üç qrupa bölünür:


  1. Yüklə 150,1 Kb.

    Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin