Ah, o doğrudanmı atacaq məni...
Yox, canım, oynatmaz sevən sevəni. (S.Vurğun)
Xitablar məntiqi vurğulu olur:
Əs, ey külək, bağır, ey bərri-biyaban, ləpələn,
Atıl cahana sən, ey günəş,
Sən, ey günəş, yağışını yağdır, ey bulud ağla!
Bu parçadakı ey külək, bəri-biyaman, ey ildırım, ey qünəş, ey bulud kimi müraciət birlirən ifadələr xüsusi nəzərə çarpacaq bir avazla, yüksələn səs tonu, emosional bir çalarlıqla ifadə olunur.
Məntiqi vurğulu sözü göstərmək üçün bəzən durğu işarələrindən də istifadə olunur. Məsələn: Mən nəyəm?... Sonsuzluq, boşluq yolçusu. (S.Vurğun
Burada çox nöqtə dərin psixoloji fasiləyə işarədir, o, vurğunun emosional mənasını artırır.
Məntiqi vurğu tələffüzün mürəkkəb hadisələrindən biridir. Natiqlik praktikasında belə bir üslubi-fonetik imkandan düzgün istifadə olunmalıdır.
Dostları ilə paylaş: |