Bu nümunələrdəki taxıl, dəniz (birinci cümlədə), süd və qar (ikinci cümlədə) sözləri məntiqi vurğu ilə deyilir.
2. Qarşılaşdırılan zidd mənalı sözlər:
Məsələn:
Mən yaşıd qardaşam qocayla, gənclə,
Sirli bir aləməm bütün aləmdə.
Nifrət məhəbbətlə, kədər sevinclə
Baş - başa uyuyur mənim sinəmdə. (Nəbi Xəzri)
Bu cümlələrdəki zidd mənaları ifadə edən sözlər (qocayla - gənclə, nifrət - məhəbbətlə, kədər - sevinclə) məntiqi vurğu ilə tələffüz olunur. Qarşılaşdırılan sözlər arasında müəyyən qədər fasilə edilir.
3. Cümlədə daha çox parlaqlıq, emosionallıq ifadə edən sözlər vurğulu olur.