- Bakı bizim olacaqdır. Bakı qızıl Bakı olacaqdır! (Qılman Musayev)
Göstərdiyimiz nümunədə qızıl sözü xüsusi vurğu ilə cümlədəki digər sözlərdən seçilir.
Eyni vəziyyəti cümlənin həmcins üzvləri haqqında danışarkən qeyd etmişik.
9. Nidalar müxtəlif hiss və həyəcanla bağlı olmaqla danışanın ətraf mühitə, cisim və hadisələrə olan emosional münasibətini ifadə edir. Nidalar inam, heyrət, təəccüb, şübhə, istehza, nifrət, qorxu, vahimə, dəhşət, qəzəb, kin, sevinc, mərhəmət, qəm, kədər, qüvvə və s. kimi hisi halları ifadə edə bilmək kimi keyfiyyətə yalnız o zaman tam şəkildə malik ola bilər ki, onlar qüvətli vurğu ilə deyilsin.