Təbii mühitin optimallaşması məsələsi bir sıra səviyyədə həll edilə bilər: lokal (yerli), regional və qlobal.
Birinci təbii şəraitin çox da böyük olmayan ərazilərdə dəyişməsilə əlaqədardır. Bura suvarma əkinçiliyi, torpağın şumlanması, meşələrin qırılması və s. daxildir.
Təbiətə təsirin regional səviyyəsi ayrı – ayrı yerli dəyişikliklərin cəmlənməsindən ibarətdir. Yer kürəsinin quru rayonlarında insanların məskunlaşması, ərazilərdə landşaftın dəyişməsi buna misal ola bilər.
Optimallaşmanın qlobal səviyyədə həlli coğrafi təbəqəyə və ya onun əsas hissələrinə (yarımkürələrə, materiklərə və okeanlara) uyğun gəlir.