Azərbaycanın ilk landşaft xəritəsi tərtib edilərkən (Müseyibov, Kərəmov, Kərimov, Süleymanov miq: 1 : 600 000, elmi redaktorlar N.A.Qvozdetski və N.Ş.Şirinov) yüksək təsnifat vahidi kimi landşaft sinfini qəbul edilmişdir. Həmin təsnifata görə, Azərbaycan ərazisi bütövlükdə iki dağlıq və düzənlik landşaft siniflərinə bölünmüşdür.
Dağlıq landşaftlarında üç əsas Yarımsinif (alçaq, orta və yüksək dağlıq) qeyd edilir. Bunlardan əlavə dağarası, dağdaxili xüsusi yarımsinif kimi ayrılır. Beləliklə, Azərbaycanın orta miqyaslı xəritəsini tərtib edərkən, aşağıdakı təsnifat vahidlərindən istifadə edilmişdir: sinif, yarımsinif, tip, yarımtip, növ (landşaft) və mərz.
Dostları ilə paylaş: |