Mühazirə 1 Təbii mühitin optimallaşması


Təbii antropogen landşaft sinfi



Yüklə 60,42 Kb.
səhifə31/37
tarix01.01.2022
ölçüsü60,42 Kb.
#107291
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   37
Landşaft 1 və 2,3,4,5 umumi

1.Təbii antropogen landşaft sinfi – bütün antropogen vahidlərin (növ, sahə, yarımtip və tip) inteqrasiyasına, yəni bütün vahidlər aşağıdan yuxarıya tabeçilik

prinsipinə görə ayrılır;

2. Təbii – antropogen landşaft tipi – sinif daxilində insanların təsərrüfat fəaliyyəti nəticəsində yaranmış xalq təsərrüfatının konkret istiqamətini və ərazinin təbii – genetik xüsusiyyətlərini nəzərə almaqla ayrılır. Məsələn, allüvial, prolüvial, düzənliyin suvarılan əkinçilik aqroirriqasiya kompleksləri;

3. Təbii – antropogen landşaft yarımtipləri (insanın təbii komplekslərə təsiri, onun dəyişdirmə dərəcəsinə görə ayrılır: dəyişmiş, zəif dəyişmiş, kəskin və s.);

4. Təsərrüfatda istifadə istiqamətini, təbii komplekslərin dəyişmə dərəcəsini,

mənimsənilmə xarakterini nəzərə alaraq, yarımtip daxilində təbii – antropogen landşaft sahəsi ayrılır. Məsələn, qüvvətli dəyişilmiş aqroirriqasiya kompleksləri;

5. Təbii – antropogen landşaft növləri – mikro və mezorelyefə, torpaq – bitki şəraitinə, istifadə istiqamətinə görə ayrılır.

Deyilənləri nəzərə alaraq, qlobal miqyasda antropogen landşaft tədqiqatları və xəritələşməsi aparmaq üçün A.Q.İsaçenkonun və A.M.Ryabçikovun ərazinin istifadə dərəcəsinə görə təklif etdikləri bölgü sistemi daha məqsədəuyğundur.

Lakin konkret ərazilər üçün antropogen landşaft sinfi, antropogen landşaft tipi, yarımtipi, antropogen landşaft növü və mərzdən istifadə etmək olar. Beləliklə, ümumi qlobal miqyasda antropogen landşaftları təsvir etmək üçün aşağıdakı bölgü sistemi daha məqsədəuyğundur: 1. Dəmyə əkinçiliyin yayıldığı landşaft rayonlar;2. Aqroirriqasiya landşaftları (suvarma əkinçiliyi landşaftları);3. Otlaqlar landşaftları;4. Meşə təsərrüfatı landşaftları;5. Dağ – mədən landşaftları;6. Şəhər landşaftları;7. Rekreasiya landşaftları.

Mühazirə 12


Yüklə 60,42 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin