İlk landşaft xəritəsi B.B.Polinov, İ.B.Sarin, P.İ.Abolin tərəfindən işlənilib.
S.S.Neustruyev ilk dəfə olaraq landşaft elementləri arasındakı düz və əks əlaqə anlayışını gətirdi. O, landşaft elementləri adı altında təbii komponentləri başa düşür və göstərir ki, bu komponentlər bir tərəfdən, biri digərinə təsir edirsə, digər tərəfdən başqa elementlərin təsiri nəticəsində yaranırlar.
O, Orenburq qəzası ərazisində üç geomorfoloji vilayət (əyalət) müəyyən edir: Ural yüksəkliyi, Qərbi Orenburq Uralətəyi və Şərqi Orenburq Uralarası. Təbii şəraitin zonal əlamətlərini nəzərə alaraq, vilayətləri 17 təbii rayona bölür və bir sıra rayonlar daxilində yarımrayonları fərqləndirir.
Beləliklə, Neustruyev ilk dəfə olaraq, təbii ərazi komplekslərinin təyin olunma əlamətlərini tədqiq etməyə cəhd göstərirdi.
1918-ci ildə L.S.Berq «Yerin qurşaqları və zonaları» adlı məqaləsində zonalar üzrə təbii şəraitin qısa səciyyəsini verirdi. Zonaları yarımzonalara ayırır. Beləliklə, L.S.Berq zonalar daxilində TƏK tipoloji və fərdi vahidlərini ayırır.
B.Polinov landşaftın evolyusiya prosesində fiziki – coğrafi amillərin rolunu yüksək qiymətləndirir və bu barədə öz ideyasını söyləyir. Onun fikrincə, landşaftın ümumi görünüşünün əmələ gəlməsində iqlim və geoloji quruluş ilkin amillərdir. Digər amillər isə genetik cəhətcə onlardan asılıdır.
1927-ci ildə İ.B.Larin mikrolandşaft xəritəsini tərtib edir və ona görə də kənd təsərrüfatı sahələrinin qiymətləndirilməsini həyata keçirir.
Dostları ilə paylaş: |