Landşaftşünaslığın fiziki – coğrafi elmlər sistemində mövqeyi dedikdə, yəni, landşaftşünaslıq sərbəst bir elm kimi təbiətdə baş verən prosesləri öyrənir və Yer haqqında elmlər sisteminə daxildir.
Fiziki coğrafiya ümumi və regional olmaqla, iki yerə bölünür. Çox vaxt ümumi fiziki coğrafiyanı ümumi yerşüaslıqla eyniləşdirirlər. Lakin bu düzgün deyil. Ümumi fiziki coğrafiya Yeri bütövlükdə coğrafi təbəqəni, onun tərkibini, quruluşunu, inkişafını, həmçinin, ərazinin differensiasiyasının qanunauyğunluqlarını öyrənir. Regional fiziki coğrafiyanı isə landşaftşünaslıq elmi ilə eyniləşdirmək olmaz.