Mühazirə 1 Təbii mühitin optimallaşması


Mühazirə 10 DÜZƏNLİK LANDŞAFTLARIN ƏMƏLƏ GƏLMƏSİNDƏ YENİ TEKTONİK HƏRƏKƏTLƏRİN ROLU



Yüklə 60,42 Kb.
səhifə28/37
tarix01.01.2022
ölçüsü60,42 Kb.
#107291
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   37
Landşaft 1 və 2,3,4,5 umumi

Mühazirə 10

DÜZƏNLİK LANDŞAFTLARIN ƏMƏLƏ GƏLMƏSİNDƏ YENİ TEKTONİK HƏRƏKƏTLƏRİN ROLU

Adətən, böyük düzənliklər Yer qabığının platforma sahələrində inkişaf edir. Platformalar orogen zonalarla müqayisədə yeni tektonik hərəkətlərin nisbətən sakit olması ilə fərqlənir. Düzənliklərdə müasir tektonik hərəkətlərin sürəti ildə bir neçə millimetrlə ölçülür.

Rusiya düzənliyində səthin parçalanması Qərbi Sibir ovalığına nisbətən daha çoxdur. Bu, hər şeydən əvvəl Qərbi Sibirdə yeni tektonik hərəkətlərin zəifliyi ilə izah olunur. Bu cür prosesi respublikamızın dağarası Kür çökəkliyinin parçalanmamış yastı ovalıq hissəsi və parçalanmış qabarıq qanad hissələrinin müqayisəsində də görmək olar. Yastı allüvial düzənliyin səthi parçalanmadığından, yeraltı sular səthə çox yaxınlaşmış və şoran landşaft komplekslərini yaratmışdır.

Düzənlik landşaftlarının yeni tektonik hərəkətlərin təsiri altında transformasiyaya məruz qalma mexanizmində iqlimin dəyişməsi həlledici rol oynamır. Burada landşaftların transformasiyasına səbəb olan əsas amil geoloji–geomorfoloji şəraitin dəyişməsidir.

Əgər ərazidə tektonik qalxma gedirsə, deməli, eroziya- denudasiya prosesi qüvvətlənir. Məsələn, Azərbaycanın Zərdab rayonunda Bıçaqçı kəndi yaxınlığında Kür çayı eyni adlı basdırılmış tektonik qalxmanı kəsib–keçərək, suyun axım sürəti xeyli artır, çayın dərəsi daralır, dərininə eroziya qüvvətlənir.


Yüklə 60,42 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin