Mühazirə 1 Təbii mühitin optimallaşması


Fiziki coğrafiyanın tədqiqat obyekti



Yüklə 60,42 Kb.
səhifə6/37
tarix01.01.2022
ölçüsü60,42 Kb.
#107291
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   37
Landşaft 1 və 2,3,4,5 umumi

Fiziki coğrafiyanın tədqiqat obyekti təcrübi olaraq birdir – coğrafi təbəqə və onun üzərində inkişaf edən coğrafi mühitdir.

Ətraf mühit – canlıları əhatə edən və onlarla bilavasitə təmasda olan coğrafi mühitin bir hissəsidir.

Coğrafi mühit – cəmiyyəti əhatə edən və insan həyatı üçün daima zəruri olan təbiətdir.

Coğrafi təbəqə daxilində litosfer, atmosfer, hidrosfer və biosferin birbaşa təmasda və fəal qarşılıqlı təsirdə olduğu zonanı landşaft sferası kimi ayırmaq da olar.



Landşaft sferasına müasir aşınma təbəqəsi, torpaq – bitki örtüyü, heyvan orqanizmləri və havanın yer səthi ilə təmasda olan hissəsi daxildir.

F.M.Milkovun (1970) dediyi kimi, bu nazik təbəqənin, yəni landşaft sferasının qalınlığı qütb sahələrində 30 – 50 m, mülayim qurşağın meşə zonasında 100 – 150 m və qleylər zonasında 150 – 200 m-ə çatır. Landşaft sferası okean səthində və onun təbii mərtəbələrində həyatın daha fəal inkişaf etdiyi bütün hidrosfer təbəqəsini, atmosferlə – hidrosferin və hidrosferlə – litosferin təmas sahələrini birləşdirir.

Okeanda yalnız iki coğrafi sferanın birbaşa təması və fəal qarşılıqlı təsiri müşahidə edilir: atmosferin hidrosferlə və hidrosferin – litosferlə.


Yüklə 60,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin