MühaziRƏ 13 İqlİm yaradıcı proseslər İqlimin formalaşmasına təsir edən amillər



Yüklə 27,23 Kb.
səhifə2/4
tarix01.01.2022
ölçüsü27,23 Kb.
#106588
1   2   3   4
Mühazirə 13 - İqlim yaradıcı proseslər - Copy

- Bitki və qar örtüyü. Bu amilin də ərazinin iqlim şəraiti­nin formalaşmasında rolu böyükdür. Kifayət qədər sıx bitki örtü­yü torpağın orta temperatur göstəricisini aşağı salır və sutkalıq temperatur amplitudasını azaldır. Anoloji vəziyyət ha­va­nın tem­pe­ratur göstəricisində də müşahidə olunur. Bitki örtükləri içəri­sin­də meşənin, xüsusilə çox sıx çətirlərə malik meşə massivinin ərazinin iqliminin formalaşmasına mühüm təsiri vardır (məsə­lən, tarlaqoruyucu meşə zolaqları, mikroiqlim effekti və s.). Bitki örtüyünün iqlimə təsiri müəyyən mənada mikroiqlim əhə­miy­yəti kəsb edir.

Qar örtüyü özlüyündə regionun iqlim şəraitinə özünə məxsus formada təsir göstərir. Üzəri qarla örtülü olan torpaq ör­tü­yü qış aylarında az istilik itkisinə səbəb olur, torpağı güclü soyu­madan və donmadan qoruyur. Qarla örtülü olan səth gün­düzlər günəş radiasiyasını güclü əks etdirir, gecələr isə üzərin­dəki havanı kəskin soyudur. Yaz aylarında qarın əriməsinə kifa­yət qədər istilik sərf olunur. Bu istiliyin hamısı atmosferdən alınır. Ərimiş qar suları torpağın rütubət ehtiyatını xeyli zəngin­ləşdirir. Bunun ilin isti dövründə iqlim rejimi üçün çox mühüm əhəmiyyəti vardır. Qar örtüyünün albedosunun yüksək olması səpə­lənən radiasiyasının miqdarını artırır.

Qar örtüyü üçün xarakterik xüsusiyyətlərdən biri də tez-tez inversiya halının baş verməsidir.


Yüklə 27,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin