Mühazirə 2 Mövzunun adı: T


Ürək qlikozidlərinin nümayəndələri



Yüklə 2,76 Mb.
səhifə14/49
tarix02.02.2022
ölçüsü2,76 Mb.
#114164
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   49
Ürək qlikozidlərinin nümayəndələri

Üskükotu qlikozidləri və onların preparatları

Qırmızı üskükotu və tüklü üskükotunda ilkin qlikozidlər vardır. Turşu və qələvi iştirakı ilə hidroliz nəticəsində və saxlandıqda, eləcə də qurutduqda bitki xammallarında olan enzimlər təsirindən ilkin qlikozidlər ikinci dərəcəli qlikozidlərə və digər hidroliz məhsullarına parçalanır. Üskükotu qlikozidlərindən diqoksin və digitoksin fərdi dərman maddələri kimi istifadə olunur.



Digitoksin – Digitoxinum (Cordalen, Digophton)

Üskükotunun müxtəlif növlərindən alınır. İkinci dərəcəli qlikozid olub, hidroliz nəticəsində üç molekul digitoksoza və digitoksigenin əmələ gətirir.

Daxilə birdəfəlik yüksək dozada 0,0005 qr, sutkalıq isə 0,001qr təyin olunur. 1qr-da 8000-10000 QTV və 1911-2271 PTV vardır.

Preparatın eyniliyi, təmizliyi və miqdarı təyini ümumi analiz üsullarında göstərilmişdir.



Diqoksin – Digoxinum (Dilacor, Lanicor)

Preparatın kimyəvi formulu digitoksində olduğu kimidir, lakin əlavə olaraq 12-ci vəziyyətdə hidroksil qrupu vardır. Preparat tüklü üskükotu yarpaqlarından alınır və ikinci dərəcəli qlikoziddir. Hidroliz nəticəsində 3 molekul digitoksoza və diqoksigenin alınır.

Preparatın 0,00025 qr-lıq (0,25mq) tabletləri (uşaqlar üçün 0,0001qr) və 0,025%-li məhlulu 1ml miqdarında buraxılır. 1qr-da 4000 PTV və 1950-2600 QTV vardır.


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin