Strofant qrupu qlikozidləri
Tibb təcrübəsində strofantinin substansiyası (Strophanthinum K) və inyeksiya üçün 0,05%-li məhlulu (Solutio Strophanthini 0,05% pro injectionibus) istifadə olunur.
Bu preparatlar strofant bitkisinin (Strophanthus Kombe Oliv) toxumlarından alınır.
K-strofantozid ilkin qlikoziddir, K strofantin-β isə onun ikinci dərəcəli qlikozididir. Strofantin K-nın 1qr-da 43000 – 58000 QTV, 5800-7100 PTV və ya 3827- 4773 GTV vardır.
Tibbdə strofantidin-asetatın – Strophanthidini acetas (3-cü vəziyyətdə asetat qalığı var) 0,05%-li məhlulu 1ml buraxılır.
K-strofantozid
Burada göstərilən preparatların eyniliyinin və miqdarının təyinləri ürək qlikozidlərinin ümumi analiz üsullarında olduğu kimidir.
Dostları ilə paylaş: |