Mühazirə 2 Mövzunun adı: T


Testosteron-propionat – Testosterone Propionate



Yüklə 2,76 Mb.
səhifə20/49
tarix02.02.2022
ölçüsü2,76 Mb.
#114164
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   49
Testosteron-propionat – Testosterone Propionate
Alınması:

Testosteron-propionat testosteronun propion anhidridi ilə 110-114°C temperaturda efirləşmə reaksiyası nəticəsində alınır.

Ağ kristal poroşokdur. Suda praktik həll olmur, spirtdə asan, bitki yağlarında həll olur. Ərimə temperaturu 118-1230C-dir, xüsusi fırlatma +83 dən + 90-dəkdir (etanolda olan 1%-li məhlul).

Eyniliyinin təyini

1) İQ-spektroskopiya BF tərəfindən tövsiyyə olunan ən etibarlı üsul hesab olunur. Preparatın vazelin yağında, 3700-400 sm-1 sahələrdə alınan spektri standart nümunənin spektri ilə eyni olmalıdır.

2) Preparatı qələvinin spirtdə məhlulu ilə qaynadıb sabunlaşdırırlar; alınmış testosteronu ayırıb ərimə temperaturunu təyin edirlər (150-1560C).

testosteron-propionat testosteron


3) preparatın eyniliyi təyini üçün, onun stabil ərimə temperaturuna malik mürəkkəb efirləri və digər törəmələri alınır. Preparatı natrium-asetat və spirt mühitində hidroksilamin-hidroxloridlə işləməklə oksimə çevirirlər. Alınmış oksimin ərimə temperaturu 166-1710C olmalıdır:

testosteron-propionat testosteron-propionatın oksimi


3) Ester quruplaşmasını təyin etmək üçün qırmızı-qəhvəyi rəngli dəmir-hidroksamat duzunun alınma reaksiyası aparılır. 0,05 qr preparatı 1ml suda və ya spirtdə həll edib, üzərinə 1ml hidroksilaminin qələvidəki məhlulunu əlavə edirlər və 5 dəqiqə saxlayırlar. Sonra üzərinə 1ml duru xlorid turşusu, 0,5 ml FeCl3-in 0,1 M xlorid turşusunda olan 10%-li məhlulunu əlavə edirlər və çalxalayırlar; tünd-qırmızı rəng alınır:

testosteron-propionat testosteron hidroksam turşusu



dəmir-hidroksamat

(tünd-qırmızı)

Bu reaksiyanın köməyilə testosteron propionatı, efir olmayan digər dərman maddələrindən fərqləndirmək olar.

4) NTX üsulu BF-ya əsasən aparılır. Adsorbent kimi kizelqur P-1, aşkarlayıcı kimi 4-toluolsulfon turşusunun etanolda olan məhlulu istifadə olunur.

Miqdarı təyini

1) Spektrofotometriya üsulu: Preparatın və standart nümunənin 95%-li spirtdə olan 0,001%-li məhlulunun optik sıxlıqları 240 nm dalğa uzunluğunda ölçülür.

2) NMR və kütlə spektroskopiyası daha dəqiq üsul hesab olunur. C-18 və C-19 protonlarının standart sinqlet siqnallarının kimyəvi yerdəyişməsi, eləcə də kütlə spektrində elektron zərbə üsulu ilə alınmış əsas və səciyyəvi ionlar müəyyən olunur.

3) YEMX üsulu da istifadə olunur.

4) Fotometriya üsulu: bu üsul testosteron-propionatın yağda olan 1 və 5%-li məhlulu üçün təklif edilmişdir. Təyinat testosteron-propionatın izoniazidlə sarı rəngli izonikotinoil hidrazonun əmələ gəlməsinə əsaslanır. Paralel olaraq yoxlanan məhlulda olduğu kimi standart nümunə məhlulunun göy işıq filtrində optik sıxlığı təyin olunur.

Preparat kişilərdə cinsiyyət vəzlərinin fəaliyyəti zəiflədikdə, impotensiyalarda, prostat vəzin adenomasında, kişi və qadın klimaksında, tənasül orqanlarının və süd vəzilərinin şişlərində, uşaqlıq qanaxmalarında işlənir. Testosteron-propionatın yağda olan 1%-li və 5%-li məhlulları (Solutio Testosteroni propionatis oleosa 1% aut 5% pro injectionibus) 1ml miqdarında ampullarda buraxılır; əzələ və dəri altına vurulur.



Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin