Miqdarı təyini
1) Spektrofotometriya üsulu: Preparatın spirtdə olan məhlulunun optik sıxlığı 241nm dalğa uzunluğunda ölçülür.
2) NMR və kütlə spektroskopiyası üsulu: (testosteron-propionata bax).
Preparat kişi cinsiyyət orqanlarının inkişafına stimullaşdırıcı (androgen) təsir göstərir. Dil altından sorulur. 0,005 və 0,01 qr-lıq tabletlərlə buraxılır. Testobromlesit (Testobromlecithum) adlı kombinə olunmuş preparatın tərkibində 0,005 qr metiltestosteron, 0,1 qr bromizoval və 0,05 qr lesitin (lipidlərə aiddir) vardır.
Preparat möhkəm bağlı qablarda, işıqdan və nəmdən qorunmaqla saxlanılır.
Dostları ilə paylaş: |