Metandriol – Methandriole
(Methylandrostendiolum)
M.k. 304,48
17α-metilandrosten-5-diol-3β,17β
Zülal anabolizmini qüvvətləndirmək üçün ağır travmalarda, cərrahi əməliyyatlarda, infeksion xəstəliklərdə, osteoporozda, boyun inkişafından qalması ilə əlaqədar olaraq və arıqlama zamanı qəbul edilir. 0,01 və 0,025 qr-lıq tabletlərdə buraxılır. Dil altından sorulur.
19-nortestosteron törəmələri olan sintetik anabolik vasitələr
19-nortestosteron törəmələri də anabolik təsir xüsusiyyətinə malikdir. 19-nortestosteron kimyəvi quruluşuna görə testosterondan 19-cu vəziyyətdə olan metil radikalının olmaması ilə fərqlənir.
19-nortestosteron (17β-oksi-19-nor-4-androsten-3-on)
Dərman maddələri kimi 19-nortestosteronun mürəkkəb efirləri olan nandrolon-fenilpropionat (fenabolin) və nandrolon-dekanoat (retabolil) istifadə olunur.
Dostları ilə paylaş: |