18
III. Estran törəmələri:
Estrogen hormonlar: etinilestradiol, estradiol efirləri.
IV. Ürək qlikozidləri:
Kardenolidlər (ürək qlikozidlər): diqitoksiqenin (diqitoksin, asetildiqitoksin, diqoksin) və strofantidin (strofantin K) sıradan olan maddələr, inciçiçəyi qlikozidləri (korqlikon).
V. D qrupu vitaminləri:
Tsikloheksanoletilenhidrindan birləşmələri: kalsiferollar (D qrupu vitaminlər): erqokalsiferol (D2 vitamini), xolekalsiferol (D3 vitamini).
VI. Sterinlər: Bu qrupa steroid spirtlər aiddir. Bunlardan xolesterin, erqosterin, β-sitosterin və stiqmasterini göstərmək olar.
VII. Öd turşuları: Xolesterindən qaraciyərdə öd turşuları əmələ gəlir. Öd turşularına xol və xenodezoksixol (antropodezoksixol), litoxol və dezoksixol turşuları aiddir.
Steroid birləşmələrə bunlardan başqa steroid alkaloidlər və steroid saponinlər aiddir.
Dostları ilə paylaş: |