Steroid təbiətli antiandrogenlər
Androstan molekulundakı quruluş dəyişiklikləri, o cümlədən asetilləşmə, steroid nüvənin reduksiyası, molekula xlor atomu, piperazin və digər radikalların daxil edilməsi farmakoloji fəallığın dəyişilməsinə səbəb olur. Bu dəyişikliklər nəticəsində androgen və anabolik fəallıq azalır və yaxud tamamilə itir. Məsələn, androstanın asetoksi törəmələri antiandrogen fəallığa malik olur, şiş əleyhinə təsir göstərir və yaxud miorelaksantların təsir xüsusiyyətinə yiyələnirlər.
Androstanın sintetik asetilləşmiş törəmələrindən dərman maddəsi kimi pipekuron-bromid, siproteron-asetat istifadə olunur.
Dostları ilə paylaş: |