Mühazirə 2 Mövzunun adı: T


Estrogen hormonlar və onların yarımsintetik oxşarları



Yüklə 2,76 Mb.
səhifə31/49
tarix02.02.2022
ölçüsü2,76 Mb.
#114164
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   49
Estrogen hormonlar və onların yarımsintetik oxşarları

Qadın cinsiyyət hormonları

Estrogen hormonlar kimyəvi təbiətindən asılı olaraq iki qrupa bölünür:

1. Steroid təbiətli və ya estran törəmələri və ya estratrien -1,3,5 (10) törəmələri.

2. Qeyri-steroid təbiətli estrogen preparatlar.

Estrogen hormonlar qadın orqanizmində-follikullarda sintez olunur. Bu hormonlar estran törəmələridir:

estran
Estrogenlərin təbii nümayəndələri estron (follikulin), estradiol və esrtioldur. Kimyəvi təbiətinə görə onlar bir-birinə yaxındır və quruluşlarının əsasını estran təşkil edir.



estron estradiol



estriol


Onların biosintezi xolesterin əsasında baş verir. Estrogenlər az miqdarda böyrəküstü vəzilərin qabıq maddəsində, cifdə və kişi cinsiyyət vəzilərində də əmələ gəlir.

Estron və estriol estrogen fəallığa malik olub, estradiolun metabolitləridir. Hər iki metabolit sidiklə xaric olur.

Estrogen hormonlar efir formasında ali bitkilərin (söyüd, buğda) çiçəklərində və toxumlarında, eləcə də hamilə qadınların və hamilə madyanların sidiyində (1 l sidikdə 10-25 mq) vardır. Sidiyin tərkibində olan estrogenlərin efirləri xlorid turşusu ilə hidroliz olunur, alınmış sərbəst estrogenlər üzvi həlledicilərlə ekstraksiya edilir. Sonra ekstrakt təmizlənir. Ekstraktın təmizlənməsi zamanı estrogenlərin qələvilərdə həll olaraq fenolyatlar (fenoksidlər) əmələ gətirmək xassəsindən istifadə olunur.

Tibb təcrübəsində uzun illər ərzində təbii hormon olan estron (follikulin) istifadə olunmuşdur. Baxmayaraq ki, estradiol fəallığına görə estrondan iki dəfə güclüdür, lakin tez bir zamanda inaktivləşməyə məruz qaldığına görə istifadə olunmur. Sonradan estradiolun efirlərinin daha davamlı maddələr olması və uzun müddətli təsirə malik olmaları müəyyən olundu.

Estradiolun yarımsintetik oxşarlarından tibb təcrübəsində estradiol-dipropionat, etinilestradiol və mestranol işlənir.


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin