Sinestrol – Hexestrole
(Synoestrolum)
mezo-3,4-bis-(p-oksifenil) –heksan
M.k. 270,37
Sinestrolun 0,1% və 2%-li məhlulları (Solutio Synoestroli oleosa 0,1% aut 2% pro injectionibus) əzələyə və dərialtına vurmaq üçün, 0,001qr-lıq tabletləri (Tabulettae Synoestroli 0,001) daxilə estrogen maddə kimi qəbul edilir, həmçinin süd vəzilərinin və prostat vəzinin şişlərində tətbiq olunur. 2%-li məhlulu yalnız şişlərin müalicəsində işlənir.
Dietilstilbestrol – Diethylstilbestrol
(Diethylstilboestrolum)
trans-3,4-bis (p-oksifenil) heksen-3
M.k. 268,36
Estrogen aktivliyinə görə estron və sinestroldan qüvvətlidir. Estron vasitə kimi ginekoloji təcrübədə, prostat və süd vəzilərinin şişlərində 3%-li yağda məhlulu əzələyə vurulur. 0,025 qr dozalarda tabletlər şəklində buraxılır.
DİETİLSTİLBESTROLUN EFİRLƏRİ
Dimestrol – Dimoestrolum (Ostrastilben D)
Dietilstilbestrolun dimetil efiri və ya trans–3,4–di–(para - metoksifenil) –
– heks–3–en
Uzun müddətli təsirli estrogen preparatdır. Yumurtalıqların funksiyasının çatışmazlığında 0,6 %-li yağda məhlulu 2 ml miqdarında əzələyə vurulur.
Dostları ilə paylaş: |