Fosfestrol – Phosphoestrolum (Cytonal, Honvan)
trans-3,4-di-para-oksifenil heksen-3 difosfor efirin tetranatrium duzu
Quruluşca dietilstilbestrolun fosfat efiridir.
Fosfestrol prostat vəzin xərçəngində (hətta metastaz formasında) istifadə olunur.
Forfestrolun məhlullarını tərkibində kalsium və ya maqnezium olan infuzion məhlullarla qarışdırmaq olmaz.
6%-li məhlulu 5 ml ampullarda i/ü, 0,1 və 0,12 qr tabletləri (№30) istifadə olunur.
SİNTETİK ANTİESTROGEN VASİTƏLƏR
Qeyri–steroid mənşəli sintetik antiestrogenlərdən stilben törəmələrini göstərmək olar. Stilben törəmələrindən n-difenil-1–butenil törəməsi olan tamoksifen-sitrat tibb təcrübəsində istifadə olunur. Bu birləşmələrin antiestrogen təsiri estrogenlərə qarşı rəqib antoqonizm prinsipinə əsaslanır.
Tamoksifen-sitrat – Tamoxifen Citrate
(Nolvadex)
N,N-Dimetil-(Z)-2-[4-(1,2-difenilbuten-1-il)
fenoksi]etilamin-sitrat
Müxtəlif şişlərdə (böyrək, süd vəzilərində və b.) işlənir.
0,01 və 0,02 qr -lıq tabletlərdə buraxılır.
Antiestrogen təsirli preparatlardan biri də klomifen-sitratdır–
–Clomifene citrate.
Preparat 0,05qr-lıq tabletlərdə buraxılır.
Dostları ilə paylaş: |