ANTİGESTAGEN PREPARATLAR
Mifepriston – Mifepristone
(Mifegyne)
11-[4-(Dimetilamin) fenil]-17-oksi-17-(1-propinil)
estra-4,9-dien-3-on
Preparat progesteronun müvafiq reseptorlarla birləşməsinə mane olur. Hamiləliyi pozmaq (42 günə qədər müddətdə) üçün 0,6 qr-a qədər qəbul oluna bilər. 0,2 qr-lıq tabletlərdə buraxılır. Yalnız stasionarda qəbuluna icazə verilir. Əgər 2 həftə ərzində abort baş verməzsə vakuum aspirasiya aparılır.
Kombinə edilmiş estrogen-gestagen oral
kontraseptiv preparatlar
Peroral kontraseptiv preparatların tərkibində adətən gestagen (Noretisteron-asetat, Linestrenol, Norgestrel və onun sol izomeri Levonorgestrel) və estrogen (Etinilestradiol) olur. Belə preparatlardan Postinoru (tərkibində yalnız levonorgestrel olduğu üçün monofazalı estrogen-gestagen preparatlara aiddir) göstərmək olar. Çox fazalı preparatlara Ovidon, Non-Ovlon, Riqevidon, Demulen, Silest, Miniziston aiddir. Bunların tərkibində gestagenlə bərabər estrogen - etinilestradiol da olur.
Hazırda estrogen-gestagen-androgen-antiangrogen preparatlar (Pregestrol, Klimovan, Lutestrol, Klimonorm, Divina) buraxılır. Məsələn, Diane preparatında antiandrogen maddə – siproteron-asetat vardır. Bunlar klimaksda, menstrual (aybaşı) tsiklin pozulmasında işlənirlər.
Dostları ilə paylaş: |