Metilprednizolon – Methylprednisolone (Medrol)
6--Metilprednizolon trihidro-6α-metilpreqna-1,4 dien-
Metilprednizolon 3,20-dion-21-asetat-17-propionat
Metilprednizolon Aseponate
Metilprednizolon tədricən sorulur. 0,004; 0,016; 0,032 və 0,1qr-lıq tabletlərdə, 4%-li suspenziyası 2 ml-lik ampullarda buraxılır.
Metilprednizolon-aseponatın 0,1%-li məlhəmi, kremi və emulsiyası buraxılır.
KORTİKOSTEROİDLƏRİN FLÜORLU TÖRƏMƏLƏRİ
Kortikosteroidlərin molekuluna halogenlərin daxil edilməsinin, onların farmakoloji fəallığına təsirinin öyrənilməsi nəticəsində prednizolonun mono-və diflüor törəmələri sintez olunmuşdur. Prednizolon molekulunda 9-cu vəziyyətdə flüorun daxil edilməsi nəticəsində deksametazon və triamsinalon, 6-cı və 9-cu vəziyyətlərdə flüorun daxil edilməsi nəticəsində fluosinolon-asetonid, 6-cı vəziyyətdə flüorun daxil edilməsi nəticəsində fluokortolon və inqakort preparatları alınmışdır.
Kortikosteroidlərə hidrogen–flüorla təsir etməklə molekulaya 9 α vəziyyətində flüor daxil edilir, 1-ci-2-ci vəziyyətdə ikiqat rabitənin yaranması mikrobioloji yolla həyata keçirilir. Nəticədə prednizolonun flüorlu törəmələri olan preparatlar sintez olunur.
Göstərilən preparatlar fiziki xassələrinə görə kortikosteroidlərə oxşardırlar. Preparatların eyniliyi, təmizliyi və miqdarı təyini UB-və İQ-spektrofotometriya, NTX, eləcə də YEMX üsulları ilə həyata keçirilir.
Prednizolonun flüorlu törəmələri iltihab və allergiya əleyhinə təsir xüsusiyyətlərinə görə prednizalondan daha fəaldır. Məsələn, deksametazon, kortizondan 35 dəfə yüksək fəallığa malikdir.
Dostları ilə paylaş: |