Flüosinolon asetonid – Fluocinolone acetonide
(Synaflanum, Synalar, Flucinar)
M.k. 452,5
6α, 9α-diflüor-16α-oksiprednizolon-16,17-asetonid və ya 6α, 9α–diflüor-16α, 17α-izopropilidendioksipreqna-1,4-dien-11β, 21-diol-3,20-dion
Yerli iltihab, allergiya və qaşınma əleyhinə təsir göstərir. 0,025%-li məlhəmi 10 və 15 qr miqdarında buraxılır.
Sinalar–N, Flucinar–N və Flucort–N adlı məlhəmlərin tərkibində 0,025 % flüosinolon və 0,5% neomisin-sulfat vardır.
Flümetazon-pivalat – Flumethasone Pivalate
Flümetazon-pivalat yodxloroksixinolin
(enteroseptol)
6α, 9α–diflüor–16α–metilprednizolon pivalot
(trimetilasetat)
Preparatları: Lokakorten, Lorinden, Lokakorten N, Lorinden (tərkibində yodxloroksixinolin vardır), Lorinden A, Lokasalen
Flümetazol-pivalat 0,2-0,025%-li məlhəm və losyon formasında istifadə olunur.
Betametazon – Betamethasone
(Betamethasonum)
9α-Flüor-11β, 17, 21-trihidroksi-16β-metilpreqna-1,4-dien-3,20-dion və ya 9α-flüor-16β-metilprednizolon
Betametazon, adrenokortikoidlər içərisində iltihab əleyhinə ən yüksək
fəallığa malik preparatdır. İltihab əleyhinə və antiallergik vasitə kimi tablet formasında daxilə, müxtəlif dermatozların müalicəsində isə məlhəm formasında xaricə istifadə olunur.
Tibb təcrübəsində betametazon əsasında aşağıdakı dərman maddələri istifadə olunur:
Betametazon asetat – Betamethasone asetate
Betamethasoni asetas
9-flüor-11β,17-dihidroksi-16β-metil-3,20-preqna-1,4-dien-21-il asetat
Betametazon-asetatın inyeksiya üçün məhlulu iltihab əleyhinə vasitə kimi işlənilir. Psoriaz və ekzemanın müalicəsində məlhəm, aerozol və losyon formasında istifadə olunur.
Betametazon dipropionat – Betamethazone dipropionate
Betamethasoni dipropionas
9-flüor-11β-hidroksi, 16β-metil-3,20-dioksipreqna-1,4-dien-17,21-diil dipropionat
M.k. 504,6
Betametazon natrium fosfat – Betamethasone sodium phosphate
Betamethasoni natrii phosphas
9-flüor-11β, 17-dihidroksi-16β-metil-3,20-dioksipreqna-1,4-dien-21-dien-
-21-i dinatrium fosfat
M.k. 516,4
Betametazon-natrium fosfat parenteral yolla qəbul edilir. Betametazon-asetatla birlikdə kombinə edilmiş suspenziya formasında işlənilir. Iltihab əleyhinə təsiri tez başlayır və uzunmüddətlidir.
Betametazon valerat – Betamethasone valerate
Betamethasoni valeras
9-flüor-11β, 21-dihidroksi, 16β-metil-3,20-dioksipreqna-1,4-dien-17-il pentanoat
M.k. 476,6
Dostları ilə paylaş: |