Miqdarı təyini
1) 6-cı eynilik təyini reaksiyasına əsasən erqokalsiferolun 0,125%-li yağda məhlulunun fotometriya üsulu ilə 500 nm dalğa uzunluğunda miqdarını təyin edirlər. Paralel olaraq standart məhlulun optik sıxlığı təyin olunur. DF-nın tövsiyyəsinə əsasən, reaksiyanın aparılması zamanı reaktivin üzərinə 2%-li asetilxlorid əlavə olunur. Nəticədə narıncı-çəhrayı rəng alınır.
2) Spektrofotometriya üsulu. 265 nm dalğa uzunluğunda erqokalsiferolun və alfakalsidolun, 251nm dalğa uzunluğunda dihidrotaxisterolun spirtdə məhlullarının optik sıxlığı ölçülür. Hesablamalar standart nümunəyə əsasən aparılır. 1 mq erqokalsiferol 40000 BV-ə uyğundur.
3) Fotometriya üsulu. Bu üsulun əsasında piroqal və trixlorsirkə turşuları, eləcə də aromatik aldehidlərlə və s. rəngli reaksiyalar durur.
4) YEMX üsulu. Alfakalsidolun miqarı təyini 272 nm dalğa uzunluğunda aparılır. YEMX ilə alfakalsidolun eyniliyi təyini də tədqiq edilən və standart nümunənin zirvə sahəsinin saxlanma müddətinə görə aparılır.
Təbii kalsiferollar endogen fizioloji aktiv birləşmələr olub, orqanizmdə mineral mübadiləsi, ilk növbədə kalsium və fosfor homeostazını tənzim edirlər. D avitaminozun profilaktika və müalicəsində biotexnoloji üsulla alınan erqokalsiferol və xolekalsiferol tətbiq olunur. Qeyd etmək lazımdır ki, raxitin və osteoporozun profilaktika və müalicəsində üstünlük xolekalsiferola verilir. Hazırda erqokalsiferol əsasən raxitin profilaktikasında işlənir. D vitamini hipervitaminozu zamanı qanda kalsiumun miqdarı artır. D2 vitamininin yüksək dozalarının toksiki təsiri A vitamini preparatlarını qəbul etdikdə zəifləyir.
Erqokalsiferolun drajeləri, yağda 0,065%; 0,125% və 0,5%-li məhlulları və spirtdə 0,5 % -li məhlulları, xolekalsiferolların yağda və spirtdə məhlulları buraxılır.
Erqokalsiferol və onun preparatları tam doldurulmuş, hermetik bağlı, narıncı rəngli şüşə qablarda +10ºC-dən yüksək olmayan temperaturda, işıqdan qorunmaqla saxlanılır. Çünki, kalsiferollar oksigen təsirindən asanlıqla oksidləşir, işıq təsirindən isə parçalanaraq toksisterin və suprasterinlər kimi toksiki məhsullar əmələ gətirir.
Tibb təcrübəsində xolekalsiferolun (D3 vitamini) metabolitlərinin sintetik analoqları olan aşağıdakı dərman preparatları istifadə olunur
Dostları ilə paylaş: |