Kalsipotriol – Calcipotriol
(Psorcutan)
Bu preparat kimyəvi quruluşca D qrupu vitaminlərə yaxındır və dəridə olan metabolik proseslərə müsbət təsir göstərir.
Preparat sintetik olaraq alınır. 0,005%-li məlhəm və kremi xaricə işlətmək üçün 0,005%-li məhlulu 30 və 60 ml buraxılır.
Videxol - Videcholum
Xolekalsiferolla (D3 vitamini) xolesterinin molekulyar birləşməsidir. Fosfor və kalsium mübadiləsində iştirak edir, raxit əleyhinə vasitədir.
0,125% və 0,25%-li yağda məhlulları (25 000 və 50 000 BV) 5, 10, 15 və 30 ml buraxılır.
Dihidrotaxisterol - Dihydrotachisterolum
(5E, 7E, 22E) – (3S, 10S) – 9,10 – sekoerqosta – 5,7,22 – trien - 3β - ol
Quruluşuna görə erqokalsiferola yaxındır. D vitamini aktivliyinə malik deyil. Rəngsiz kristallar və ya iysiz ağ kristal poroşokdur, spirtdə həll olur. Ərimə temperaturu 125-1320C-dir , (etanolda olan 2%-li məhlulu).
Miqdarı təyini
Spektrofotometriya üsulu ilə aparılır 251 nm d.u. verdiyi maksimum udmaya görə optik sıxlığı təyin olunur. Paralel olaraq standart nümunənin həmin d.u. optik sıxlığı müəyyən edilir.
Kasium-fosfor mübadiləsinin pozuntusunda tətbiq olunur. Yağda 0,1%-li məhlulu 10 ml flakonda buraxılır.
Dostları ilə paylaş: |