Mühazirə 2 Mövzunun adı: T



Yüklə 2,76 Mb.
səhifə12/49
tarix02.02.2022
ölçüsü2,76 Mb.
#114164
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   49
Miqdarı təyini

1) Bioloji üsul. Üsulun mahiyyəti ondan ibarətdir ki, ürək qlikozidləri toksik dozalarda təcrübə heyvanlarının (pişiklərin–PTV, qurbağaların–QTV, göyərçinlərin – GTV) ürəyini sistola (yığılma) vəziyyətində dayandırır. Yoxlanılan preparatın fəallığı standart preparatlarla müqayisə yolu ilə müəyyən olunur və nəticə təsir vahidləri (TV) ilə göstərilir.

2) Fotometriya üsulu ilə (ksanthidrolla rəngli reaksiyaya əsasən) selanidin tabletlərdə, Balye reaksiyasına əsasən digitoksinin, diqoksinin, strofantin K-nın miqdarları təyin olunur (görünən sahədə 495±1 nm dalğa uzunluğunda spektrofotometriya üsulundan istifadə olunur), paralel olaraq standart məhlulun pikratının optik sıxlığı ölçülür. Kontrol məhlul kimi pikrin turşusunun spirtdəki məhlulu istifadə olunur.

3) Spektrofotometriya üsulu ilə ürək qlikozidlərinin miqdarı təyini molekulun aqlikon hissəsində α, β-doymamış lakton halqasının olduğuna görə UB-spektrin 215-220 nm dalğa uzunluğunda xarakterik udmaya əsaslanır. Məsələn, digitoksinin miqdarı təyini 215 və 219 nm dalğa uzunluqlarında müəyyən olunur.

4) Polyaroqrafiya üsulu ilə ürək qlikozidlərinin miqdarı təyini lakton nüvəsindəki karbonil qrupuna aid ikiqat rabitənin reduksiyasına əsaslanır. Məlumdur ki, lakton nüvəsi ürək qlikozidlərinin bioloji fəallığını müəyyənləşdirən amillərdən biridir. Bəzən polyaroqrafiya üsulu ilkin xromatoqrafik bölünmə ilə birlikdə tətbiq olunur.

Digər üsullardan YEMXflüorometriya (reaktiv kimi fosfat, sulfat turşuları və FeCl3 və ya dəmir-perxloratın sulfat turşusundakı məhlulu götürülür) tətbiq olunur.




Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin