Eyniliyinin təyini
1) İQ-spektroskopiya: preparatın vazelin yağında 3700-400 sm-1 sahələrdə spektri standart nümunənin spektri ilə eyni olmalıdır.
2) Metiltestosteronun ərimə temperaturu 162-1680C, onun asetatının ərimə temperaturu 173-1760C olmalıdı.
3) Preparata hidroksilaminlə təsir etdikdə alınan oksiminin ərimə temperaturu 210- 2160C olmalıdır.
4) Preparatın spirtdəki 1%-li məhlulunun xüsusi fırlatması +79-dan +850-yə qədər, spirt 0,001%-li məhlulunun 241±1 nm dalğa uzunluğunda xüsusi udma göstəricisi 520-dən 550-yə qədər olmalıdır.
5) Qatı sulfat turşusu ilə sarı-narıncı rəng verir (steroid nüvəyə aid sınaq).
Dostları ilə paylaş: |