Mühazirə 2 Mövzunun adı: T



Yüklə 2,76 Mb.
səhifə24/49
tarix02.02.2022
ölçüsü2,76 Mb.
#114164
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   49
Anabolik preparatlar

Anabolik steroidlərin səciyyəvi xüsusiyyətlərindən biri onların orqanizmdə zülalların sintezini stimullaşdırmasıdır. Bu zaman böyrəklər tərəfindən karbamidin xaric olması azalır. Eyni zamanda zülalların sintezi üçün vacib olan azotun, kaliumun, kükürdün və fosforun orqanizmdən xaric olması ləngiyir. Anabolik preparatlar sümüklərdə kalsiumun toplanmasına səbəb olurlar. Onların klinik təsiri iştahanın və bədənin çəkisinin artması ilə müşahidə olunur, xəstənin ümumi vəziyyəti yaxşılaşır, sümüklərin susuzlaşması sürətlənir. Odur ki, belə preparatları qəbul etdikdə xəstə kifayət qədər zülal, yağ, karbohidrat, vitamin və mineral maddələrlə zəngin qida qəbul etməlidir.

Anabolik preparatlar kimyəvi tərkibinə görə iki qrupa bölünür: steroid təbiətli (metandrostenolon, metilandrostendiol, fenobolin, retabolil) və qeyri steroid təbiətli (riboksin, kalium-orotat).

Androgenlərin molekulunda dəyişiklik etməklə onların androgen fəallığını zəiflətmək və yaxud əksinə anabolik fəallığını yüksəltmək olar. Belə ki, molekulda 1-2-ci vəziyyətə əlavə ikiqat rabitənin daxil edilməsi, 19-cu vəziyyətdəki metil qrupunun uzaqlaşdırılması, yəni testosterondan 19-nortestosterona keçid, həmçinin 4-5-ci vəziyyətdən ikiqat rabitənin 5-6-cı vəziyyətə keçirilməsi androgen fəallığın zəifləməsinə və anabolik fəallığın yüksəlməsinə səbəb olur.




Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin