Steroid təbiətli anabolik preparatlardan testosteronun sintetik analoqlarını göstərmək olar.
Qeyd olunmalıdır ki, testosteron və onun yarımsintetik oxşarları orqanizmdə zülal sintezinə stimullaşdırıcı təsir göstərmək xüsusiyyətinə malikdir. Belə ki, testosteron, onun efirləri və metiltestosteron anabolitik təsir göstərir. Lakin, bu preparatların anaboli fəallığı, androgen fəallığa nisbətən zəifdir. Metiltestosteronun sintezində aralıq məhsul kimi alınan Metandriol (metilandrostendiol) androgen fəallığına görə zəif olsa da, yüksək anaboli fəallıq göstərir. Metandienon (metandrostenolon) isə güclü və səciyyəvi anaboli təsir göstərir.
Anabolik steroidlərin preparatları androstadien-1,4, 19-nortestosteron və androsten – 5 törəmələridir.
Dostları ilə paylaş: |