P roqinova (Proginova) adlı drajelər 0,002 qr buraxılır. Kombinə edilmiş preparatdır. Tərkibində estradiol-valerat (-valerat valerian turşusunun qalığı) vardır. Antiklimakterik vasitə kimi istifadə olunur.
Etinilestradiol – Ethynilestradiol
(Follikoral, Microfollin forte, Acthinyloestradiolun)
M.k. 296,41
17α-Etinilestratrien-1,3,5(10)-diol-3,17β
Preparat yumurtalıqların hipofunksiyalarında, klimaksda, sinir-damar pozğunluğunda, estrogen azlığında, prostat və süd vəzilərinin xərçəngində işlənilir. Bir çox peroral kontraseptiv preparatların (marvelon, non-ovlon, ovidon və b.) tərkibinə daxildir. 0,01 və 0,05 mq tabletlərdə buraxılır.
Dostları ilə paylaş: |