Gestagen (lutoid) hormonlar və onların yarımsintetik
Oxşarları (progestinlər)
Təbii gestagen (lutoid) və yaxud sarı cismin hormonu progesterondur. Gestagen hormonlar dişi cinsli məməlilərin orqanizminin hamiləliyə hazırlanma, döllənmə, hamiləlik, doğuş və laktasiya proseslərini tənzim edir. Hamiləlik prosesinin inkişafı və başa çatmasında progesteronun əhəmiyyəti böyükdür. Hamiləlik dövrünün sonunda progesteron, oksitosinin fəallığını artırır. Yarımsintetik gestagenlərə oksiprogesteron-kapronat, noretisteron, etisteron (preqnin), medroksiprogesteron-asetat, allilestranol aiddir. Bunlar preqnan törəmələri olub hamiləlik funksiyalarında iştirak edirlər.
H
Preqnan (C=21)
Dostları ilə paylaş: |