Noretisteron – Norethisterone
(Norcolut, Micronor, Aethynilnortestosteron)
17-etinil-19-nortestosteron
Peroral gestagen preparatdır. 0,005 və 0,01qr -lıq tabletlərdə buraxılır. Preparat quru yerdə, işıqdan qorunmaqla, 20-25ºC-dən yuxarı olmayan temperaturda saxlanılır.
Medroksiprogesteron-asetat – Medroxyprogesterone Acetate
(Provera)
17-hidroksi-6-metilpreqn-4-en-
-3,20-dion-17-asetat
Gestagen və şiş əleyhinə (uşaqlıq və süd vəzlərinin şişlərində, prostatın adenomasında) təsir göstərir. 0,5 qr-lıq tabletləri, 15%-li suspenziyası və 20%-li məhlulu i/ü buraxılır.
Depo-provera preparatı əzələ daxilinə təyin olunur, 3,3 ml suspenziya şəklində buraxılır.
Dostları ilə paylaş: |