MühaziRƏ 2: MÜASİr ehm- ləRİn təSNİfati


Mühazirə 4 Alqoritmləşdirmə və proqramlaşdirmanin əsasları



Yüklə 0,81 Mb.
səhifə20/64
tarix14.04.2022
ölçüsü0,81 Mb.
#115301
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   64
referat 2923

Mühazirə 4

Alqoritmləşdirmə və proqramlaşdirmanin əsasları.

Pascal alqoritmik dilinin əlifbasi, verilənlər və dəyişənlərin tipləri

Plan:

  1. Məsələnin kompüterdə həllə hazırlığı

  2. Alqoritm, onun xassələri. Tipik alqoritmik strukturlar

3. Proqramlaşdırmanın mahiyyəti. Proqramlaşdırma dillərinin təsnifatı

4. Turbo Pascal dilində proqramlaşdırma

5. Turbo Pascal dilinin əlifbasi, verilənlər və dəyişənlərin tipləri
Həll yolu (alqoritmi ) məlum olan istənilən məsələni kompüterdə həll etmək mümkündür. Xarakterinə görə məsələləri aşağıdakı siniflərə bölmək olar:


    • elmi-texniki ( və ya riyazi mühəndis);

    • iqtisadiyyat –statistika;

    • informasiya məntiqi;

    • idarəetmə və modelləşdirmə.

Kompüterdə məsələlərin həlli aşağıdakı mərhələlər ardıcıllığı ilə aparılır:

    • məsələnin qoyuluşu;

    • həll alqoritminin yaradılması;

    • verilənlərin strukturlarının təyini;

    • proqramlaşdırma dilinin seçilməsi və ilkin proqramın tərtibi;

    • proqramın kompüter dilinə çevrilməsi və sazlanması;

    • işçi proqramın icrası, nəticələrin alınması və təhlili.

Müəyyən tip məsələlərin həllində bu mərhələlərdən bəziləri tələb olunmaya bilər. Məsələn sistem proqram təminatının yaradılmasında məsələnin riyazi təsviri tələb olunmur. Göstərilən mərhələlər bir-biri ilə əlaqədardır. Məsələn, nəticələrin təhlili proqramda, alqoritmdə və hətta məsələnin qoyuluşunda müəyyən dəyişikliklər etməyə səbəb ola bilər. Bu cür dəyişikliklərin sayını azaltmaq üçün hər mərhələdə sonrakı mərhələlərin tələblərinin mümkün qədər nəzərə alınması lazımdır. Bəzi hallarda müxtəlif mərhələlər arasındakı əlaqələr o qədər sıx olur ki, ( məsələn, məsələnin qoyuluşu ilə hesablama üsulunun seçilməsi, alqoritm və proqramın yaradılması mərhələləri), onları bir-birindən ayırmaq çətin olur.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin