C proqramlaşdırma dili ilk dəfə 70 –ci ilin əvvəlində UNİX əməliyyat sistemini reallaşdırmaq üçün yaradılmışdır. C dili müasir yüksək səviyyəli dillərin idarəedici konstruksiyalarını və Assembler tipli aşağı səviyyəli dilin köməyi ilə verilənlərin kompüterin aparat vasitələrinə müraciət imkanlarını özündə birləşdirir. Bu dil funksional proqramlaşdırmaya yaxınlaşır. Burada prosedur anlayışından istifadə olunmur.
Basic ( Beginners All- purpose Sumbolic İnstruction Code – başlayanlar üçün çoxməqsədli dil) -1964-cü ildə proqramlaşdırmanı yeni öyrənənlər üçün yaradılmışdır. Bu dil hesablama maşını ilə insanın bilavasitə informasiya mübadiləsi üçün sadə dildir. İlk vaxtlar bu dildə interpretatordan, hal-hazırda isə kompilyatordan istifadə olunur.
Pascal dili prosedur proqramlaşdırma dilləri içərisində ən çox istifadə olunan dildir. Pascal dili hal-hazırda çox geniş yayılıb və onun fərdi kompüterlərdə Borland Pascal və Turbo Pascal kimi müxtəlif versiyaları mövcuddur.