Hesabi funksiyalar Aşağıdakı cədvəldə System modulunun tərkibinə daxil olan və sadə riyazi hesablamaları yerinə yetirən funksiyalar göstərilmişdir:
Funksiya
|
Vəzifəsi
|
Nəticənin tipi
|
Abs(x)
|
Arqumentin mütləq qiyməti
|
x-in tipi ilə üst-üstə düşür
|
Sqr(x)
|
Arqumentin kvadratı
|
x-in tipi ilə üst-üstə düşür
|
Sqrt(x)
|
Arqumentin kvadrat kökü
|
Həqiqi
|
Arctan(x)
|
Arqumentin arktangensi
|
Həqiqi
|
Cos(x)
|
Arqumentin kosinusu
|
Həqiqi
|
Sin(x)
|
Arqumentin sinusu
|
Həqiqi
|
Exp(x)
|
Ex
|
Həqiqi
|
Ln(x)
|
Natural loqarifma
|
Həqiqi
|
Frac(x)
|
Ədədin kəsr hissəsi
|
Həqiqi
|
İnt(x)
|
Ədədin tam hissəsi
|
Həqiqi
|
Pi
|
kəmiyyətinin qiyməti
|
Həqiqi
|
Tipin çevrilmə funksiyaları. Bu funksiyalar tipin çevrilməsi üçün nəzərdə tutulub. Məs., simvolun ədədə, həqiqi ədədin tama və s. Bunlar aşağıdakı funksiyalardır:
-Chr(x) –ASCII kodunun simvola çevrilməsi
Funksiyanın arqumenti 0..255 intervalında olmaqla tam olmalıdır. Nətic bu koda uyğun simvoldur. Məs., chr(97)-ni nəticəsi ‘a’-dır.
-High(x)-kəmiyyətin maksimal qiymətinin tapılması.
Funksiyanın arqumenti sıra, sətir və massiv tipli parametr və ya identifikator ola bilər. Nəticə sıra tipi üçün bu kəmiyyətin maksimal qiyməti, massiv tipi üçün indeksin maksimal qiyməti və sətir tipi üçün sətrin təsvir olunmuş ölçüsü.
-Low(x) – kəmiyyətin minimal qiymətinin tapılması.
Funksiyanın arqumenti sıra, sətir və massiv tipli parametr və ya identifikator ola bilər. Nəticə sıra tipi üçün bu kəmiyyətin minimal qiyməti, massiv tipi üçün indeksin minimal qiyməti və sətir tipi üçün isə 0-dır.
-Ord(x) –istənilən sıra tipinin tam tipə çevrilməsi.
Funksiyanın arqumenti ixtiyari nizamlı ( məntiqi, simvol və sadalanan ) tip ola bilər. Nəticə Longint tipinin kəmiyyətidir. Məs., ord(‘a’) nəticəsi 97-dir.
-Round(x)- həqiqi ədədin qiymətinin, bu ədədə yaxın olan tamadək yuvarlaqlaşdırılması.
Funksiyanın arqumenti həqiqi, nəticə isə Longint tipində olur.
-Trunc(x) – həqiqi ədədin tam hissəsinin tapılması.
Funksiyanın arqumenti həqiqi, nəticə isə Longint tipində olur.
Dostları ilə paylaş: |