MühaziRƏ 2: MÜASİr ehm- ləRİn təSNİfati


Sıra tipinin kəmiyyətləri üçün funksiyalar



Yüklə 0,81 Mb.
səhifə39/64
tarix14.04.2022
ölçüsü0,81 Mb.
#115301
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   64
referat 2923

Sıra tipinin kəmiyyətləri üçün funksiyalar. Bu funksiyalar əvvəlki və ya sonrakı elementlərin tapılması, ədədin təkliyinin yoxlanması üçündür. Bu tipə aşağıdakı funksiyalar aiddir:

-Odd(x) –x-in təkliyinin yoxlanması

Funksiyanın arqumenti Longint tipində, nəticə isə arqument tək olduqda True, cüt olduqda False olur.



-Pred(x) – X-in əvvəlki qiymətinin təyini.

Funksiyanın arqumenti sıra tipin ixtiyari kəmiyyəti, nəticə isə həmin tipin əvvlki qiymətidir. Məs., Pred(2)-nin nəticəsi 1-dir.



-Succ(x)-X-in sonrakı qiymətinin təyini.

Funksiyanın arqumenti sıra tipin ixtiyari kəmiyyəti, nəticə isə həmin tipin sonrakı qiymətidir. Məs., Succ(2)-nin nəticəsi 3-dir.

Pascal dilində proqramın strukturunu aşağıdakı şəkildə göstərmək olar:

{Proqram başlığı}

Program proqramın adı;

{İstifadə olunan proqram modullarının təsviri bölməsi}

Uses Istifadə olunan proqram modullarının siyahısı;

{Təsvirlər bölməsi}

Label Nişanların təsviri;

const Sabitlərin təsviri ;

Type tiplərin təsviri;

var dəyişənlərin təsviri;






Prosedur və funksiyaların təsviri;

{operatorlar bölməsi}

begin

operator 1;

operator 2;

. . . . . . . . . . . .

. . . . . . . . . ..

operator n;

end.

İstifadə edilən istənilən bölmə ya konkret élan olunmuş proqram elementlərindən, ya da təyin olunmuş əməliyyatı yerinə yetirən operatorlardan təşkil olunmuş bir və ya bir neçə cümlələrdən ibarət olur. Cümlələr bir-biri ilə nöqtəli vergüllə ayrılır. Turbo Pascalda proqram başlığı məcburi deyil, əgər istifadə olunarsa, onda o aşağıdagı sintaksis formada yazılır:



PROGRAM ad ( proqramın parametrləri);

Pascal dilinin standartında bölmələr yuxarıdakı ardıcıllıqla yerləşməlidir. Turbo Pascalın bəzi xüsusiyyətləri mövcuddur. Belə ki, proqram başlığı və istifadə olunan modulların təsviri bölməsi istisna olmaqla bölmələrin yerləşmə ardıcıllığı sərbəstdir. Bundan başqa bir neçə eyni bölmə yaratmaq olar. Proqramda istifadə olunan elementlər ya proqram mətninin əvvəlində təyin olunmalı, ya da dilin qabaqcadan təyin olunmuş elementləri olmalıdır. Turbo Pascalın bu xüsusiyyətləri olmasına baxmayaraq dilin standartında nəzərdə tutulan ardıcıllığa riayət etmək lazımdır. Yalnız principcə vacib olduqda ardıcıllığın dəyişdirilməsi məqsədə­uyğundur. Proqram gövdəsi begin sözü ilə başlayır və proqramın sonunu göstərən END sözü ilə qurtarır, sonda isə nöqtə qoyulur.



Operatorlar. Alqoritmin reallaşdırılmasında əməllərin təsviri üçün operatorlardan istifadə olunur. Operatorların sintaksisinə görə ixtiyari operatorda nişan ola bilər. Operatorları bir-birlərindən “;” simvolu ayırır. End sözündən sonra “;”simvolu qoymaq zəruri deyil. Turbo Pascalda sintaksisinə uyğun olaraq, operatorlar iki qrupa bölünür: sadə və strukturlu.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin