MühaziRƏ 2: MÜASİr ehm- ləRİn təSNİfati



Yüklə 0,81 Mb.
səhifə61/64
tarix14.04.2022
ölçüsü0,81 Mb.
#115301
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   64
referat 2923

İcazələrin idarəolunması


İcazələrin idarəolunması vasitələri subyektlərin (istifadəçi və proseslərin) obyektlər (informasiya və digər kompüter resursları) üzərində yetinə yetirə biləcəyi əməliyyatları müəyyən etməyə imkan verir. İcazələrin məntiqi idarəolunması (İjazələrin fiziki idarəolunmasından fərqli olaraq) proqram vasitələri ilə realizə olunur. İcazələrin məntiqi idarəolunması – çox istifadəçisi olan sistemlərdə obyektlərin tam məxfiliyini və tamlığını təmin etməyə xidmət edən (müəyyən qədər də giriş (avtorizə olunmamış istifadəçilərə xidməti qadağan etməklə)) əsas mexanizmdir. Məsələnin formal qoyuluşuna baxaq. Subyektlər məjmusu və obyektlər toplusu var. İjazələrin məntiqi idarəolunması (məsələn), hər bir (subyekt, obyekt) jütü üçün yolverilən (mümkün) əməliyyatlar çoxluğunu müəyyən etməkdən və qoyulmuş qaydaların yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir.

(Subyekt, obyekt) münasibətini matris şəklində təsvir etmək olar. Matrisin sətrlərində subyektlər, sütunlarında obyektlər sadalanır. Sətr və sütunların kəsişdiyi xanalarda əlavə şərtlər (məsələn, vaxt və hərəkətin məkanı) və verilən ijazə növləri yazılır.

İcazələrin məntiqi idarəolunması mövzusu – informasiya təhlükəsizliyi sahəsində ən mürəkkəb mövzudur. Səbəb ondadır ki, obyekt anlayışının özü (deməli icazə növləri də) servisdən servisə dəyişir. Əməliyyat sistemi üçün obyekt fayl, qurğu və prosesdir. Fayl və qurğular üçün adətən oxuma, yazma, yerinə yetirmə (proqram faylları üçün), bəzən də silmə və əlavə etmə hüquqlarına baxılır. Ayrıca hüquq kimi icazə səlahiyyətlərinin digər subyektlərə vermə imkanına baxıla bilər (sahiblik hüququ). Prosesləri yaratmaq və məhv etmək olar. Müasir əməliyyat sistemləri digər obyektlərin varlığını da mümkün edə bilər.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin