Kriptoqrafiya
İnformasiyanın məxfiliyinin təmini və tamlığına nəzarət üçün ən güclü vasitələrdən biri kriptoqrafiyadır. Bir çox jəhətlərdə o, proqram-texniki vasitələr arasında mərkəzi yer tutur. Kriptoqrafiya onlardan bir çoxunun realizə olunması üçün əsas rolunu oynayır, bəzən də yeganə müdafiə vasitəsi olur. Məsələn, fiziki müdafiəsi olduqja çətin olan portativ kompüterlər üçün yalnız kriptoqrafiya hətta oğurlanma halında da məxfiliyə təminat verir. Kriptoqafiyaya çoxlu kitablar, məqalələr, fərmanlar həsr olunub. Yalnız qısa xülasə ilə kifayətlənək.
Şifrləmənin simmetrik və qeyri-simmetrik adlanan iki əsas üsulu fərqləndirilir. Simmetrik şifrləmə üsulunda eyni açar (gizli saxlanılan) həm məlumatı şifrləmə, həm də deşifrləmə üçün istifadə olunur. Olduqja effektiv (sürətli və etibarlı) simmetrik şifrləmə metodları mövjuddur.
Simmetrik şifrləmənin əsas çatışmayan jəhəti ondan ibarətdir ki, gizli açar həm göndərənə, həm də alana məlum olmalıdır.Asimmetrik metodda iki açar istifadə olunur. Onlardan biri, gizli olmayan (sahibinin ünvanı ilə birlikdə nəşr oluna bilər) şifrləmə üçün istifadə olunur, digəri (gizli, yalnız alana məlum) deşifrləmə üçün istifadə olunur. Asimmetrik şifrləmənin istifadəsi şəkildə göstərilib.
Asimmetrik metodların əsas çatışmayan jəhəti aşağı sürətli olmalarıdır. Buna görə onlar simmetrik metodlarla birgə işlədilir.
Kriptoqrafik metodlar informasiyanın tamlığına etibarlı nəzarət etməyə imkan verir. Yalnız təsadüfi səhvlərə davam gətirməyə qadir olan ənənəvi nəzarət cəmlərindən fərqli olaraq, gizli açarın tətbiqi ilə hesablanmış kriptoqrafik nəzarət cəmi praktik olaraq verilənlərin bütün mümkün hiss olunmayan dəyişilmələrini istisna edir.
Dostları ilə paylaş: |