Mühazirə 2 Nyuton Qanunları



Yüklə 36,65 Kb.
səhifə3/4
tarix04.01.2022
ölçüsü36,65 Kb.
#54200
növüMühazirə
1   2   3   4
İmpulsun saxlanma qanunu.
Cismin kütləsinin sürətinə olan hasilinə impuls deyilir.

=

Sistemi təşkil edən cisimlər arasında təsir edən qüvvələri iki yerə ayırmaq olar.Daxili və xarici. Sistemi təşkil edən cisimlər yalnız bir –birilə qarşılıqlı təsirdə olarsa, belə qüvvələr daxili qüvvələr adlanır. Sistemə daxil olan cisimlərdən biri sistemə daxil olmadan başqa bir cisimlə qarşılıqlı təsirdə olarsa, belə qüvvələr xarici qüvvələr adlanır.Xarici qüvvələr təsr etməyən sistem qapalı sistem adlanır.

Fərz edək ki, hər hansı bir sistem n sayda cisimdən təşkil olunmuşdur. Bu cisimlərin kütlələri m1, m2,.........mn, aldıqları sürətlər isə v1. v2,.......vn-dir. Onda Nyutonun ikinci qanununa görə ,

(1)
yazmaq olar.

(1) ifadələrini tərəf tərəfə toplasaq alarıq:


(2)
Nyutonun üçüncü qanununa görə cisimlərin qarşılıqlı təsiri qiymətcə bərabər və istiqamətcə əks olduğundan, yəni, . (2) ifadəsi aşağıdakı şəklə düşər.

Burada - daxili, -lər isə xarici qüvvələrdir.

Beləliklə , sistem qapalıdırsa, yəni -sa, onda və ya ,

(3)

alınar.


Deməli, qapalı sistem təşkil edən cisimlərin qarşılıqlı təsiri zamanı onların impulslarının cəmi sabit qalır.Bu impulsun saxlanma qanunudur.

Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin