Mühazirə 4 BÖLMƏ III səs-küYÜN, TİTRƏMƏNİN, ultra və İnfra səSİn normallaşdirilmasi


Səs-küyün normallaşdırılmasının əsas prinsipləri



Yüklə 0,55 Mb.
səhifə2/9
tarix13.04.2023
ölçüsü0,55 Mb.
#125214
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
3.2.Səs-küyün normallaşdırılmasının əsas prinsipləri.
Səs-küy üzrə normalar, onların insana zərərli təsirlərini məhdudlaşdırmaq üzvü daxil edilir. Hal-hazırda çoxlu belə normalar işlənmişdir və tətbiq edilir: müxtəlif əmək fəaliyyəti üçün iş yerlərində səs-küyün məhdudlaşdırılması, yaşayış binalarının sahəsi, ayrıca növ nəqliyyat və tip maşınlar üçün. Səs-küyün normaları müxtəlif ölkələrdə müxtəlif olmaqla yanaşı eyni bir ölkənin müxtəlif sahələrində də müxtəlif ola bilər.
Eyni zamanda hal-hazırda qəbul və tətbiq edilən normativ sənədlərdə çoxlu ümumi oxşarlıq vardır ki, bu da müxtəlif normativ qiymətləri öz aralarında müqayisə etməyə imkan verir.
Cədvəl 3.1.-də təqdim edilmiş normalar təsnifatına uyğun olaraq səs-küyün normalaşdırılması prinsiplərinə və yanaşmalarına baxaq. Təyinatına görə bütün normaları üç böyük sinifə ayırmaq olar: səs-küyün işçi yerlərində normaları sanitar (və yaxud sanitar-qiqiyenik); maşınların səs-küyünün normaları – texniki və yaşayış binalarının sahəsində səs-küyün normaları – sanitar.
İş yerlərinin səs-küy xarakteristikalarının normallaşdırılmasının məqsədi (sanitar normalaşdırma) səs-küyün elə buraxılabilən hədlərinin müəyyən edilməsidir ki, sistematik və uzun müddət təsiri zamanı işçilərdə əhəmiyyətli xəstəliklərin alınmasına səbəb olmur. Bu normalar səs-küy mənbəyindən asılı olmayıb əmək şəraitindən asılıdır. Sanitar normalardan fərqli olaraq texniki normalar maşının təyinatını, onun işçi xarakteristikalarını və həmçinin onun səs-küyünün azaldılması imkanlarını nəzərə almaqla müəyyənləşdirilir.

SƏS-KÜYÜN NORMALARI







Yayılmasına görə

Normalaşdırılan parametrə görə

Statusuna görə

Təyinatına görə





Tövsiyə olunan

STS, SS və ekvivalent SS normalaşdırılır

Beynəlxalq

İş yerlərində sanitar normalar





Mütləq

Dövlət

Maşınalrın səs-küyünün texniki normaları





SS və ekvivalent SS normalaşdırılır

Bələdiyyə



Yaşayış binalarının sahələrinin səs-küyünün normaları



Səs gücünün təshislənmiş səviyyəsi normalaşdırılır



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin