SƏS-KÜYÜN, TİTRƏMƏNİN, ULTRA VƏ İNFRA SƏSİN NORMALLAŞDIRILMASI
3.1. Səs-küyün insana təsiri Səs-küyün insana təsiri, onun intensivliyindən, tezlik tərkibindən və təsir müddətindən və həmçinin insanın olduğu yerdən və işinin xarakterindən asılıdır.
30-40 дБА səs-küy gecə vaxtı narahatlıq və yuxusuzluq yaradır: əgər insan əqli əməklə məşğuldursa onda 50-60 дБА zamanı əsəb sisteminə yük yaradır, zərərli psixoloji təsirlər müşayət olunur.
Səs səviyyəsi (SS) 70 дБА qədər artıq müəyyən fizioloji təsirlər yaradır və orqanizmdə müəyyən dəyişikliklərə gətirə bilir. Səs səviyyəsi 80-90 дБА çatan səs-küy, eşitməyə təsir edir, onun pisləşməsinə səbəb olur və səsin daha yüksək səviyyəsi ciddi peşə xəstəliklərinin inkişafına, karlığa və əmək qabiliyyətinin itirilməsinə aparan səs sinirlərinin nevrozuna səbəb olur.
Əməyin gərginliyini nəzərə almaqla müxtəlif növ əmək fəaliyyəti üçün tövsiyə edilən səs səviyyəsinin maksimum təhlükəsiz qiymətləri cədvəl 3.1-də verilmişdir.
Cədvəl 3.1. Müxtəlif növ əmək fəaliyyəti üçün səsin buraxılabilən hədləri
Əmək fəaliyyətinin növü
Səs səviyyəsi və ekvivalent səs səviyyəsi, дБА
Tədrisin yeni proqramlarının konsepsiyasının işlənməsi
40
Əqli əməklə məşğul olan insanlara nəzarət etməklə əlaqədar rəhbərlərin fəaliyyəti
50
Yüksək kvalifikasiyalı əqlı əmək: ancaq əlaqə vasitələri ilə danışmada olan işlər
55
Əqli əmək daimi eşitməyə nəzarət edən işlər:
Yüksək dəqiqlikli işlər
60
Dəqiq işlər, operator işi
65
Fiziki əmək
80
Beləliklə, səs-küyün insana təsirinin iki növü haqqında danışmaq olar: eşitmə orqanlarına təsir (spesifik dəyişikliklər əmələ gətirən) və bütün orqanizmə təsir (qeyri spesifik dəyişiklər).
Yüksək səs-küy şəraitində işləyənlərdə bir qayda olaraq beş ildən sonra pis eşitmə, on ildən sonra isə eşitmənin itirilməsi ola bilər.
Səs-küyün qeyri spesifik təsiri ilk növbədə mərkəzi əsəb sisteminə olur.
Ürək-damar sistemində təzyiqin artmasıı müşayət olunur. Səs-küyün uzun müddət təsiri nəticəsində hipertonik və yazva xəstəlikləri əmələ gəlir.
Əsəb (nervoz), qıcıqlandırma baş verir.
Uzun müddətli səs-küy təsirindən əmələ gələn potoloji dəyişiklikləri səs-küy xəstəliyi kimi baxılır. Müəyyən edilmişdir ki, səs-küydə işləyən işçilərin xəstələnməsi 10-15 % çox deyildir.
Səs-küyün uzun müddətli təsiri insanların sağlamlıqları ilə yanaşı onların iş qabiliyyətinə də təsir edir: psixiki reaksiyanın sürəti azalır, iş tempi aşağı düşür. İnformasiyanın emalının keyfiyyəti aşağı düşür. Əgər səs-küy normativdən çoxdursa onda hər sonrakı 1-2 дБА əmək məhsuldarlığını təqribi olaraq 1 % aşağı salır, bəzən yüksək səs-küydən əmək məhsuldarlığı 10-12 % aşağı düşür.
Səs-küy xəbərdaredici siqnalları söndürə bilir və yaxud onları gizlədir ki, bununla da travmatizmə səbəb olur. Travmatizm həmçinin səs-küyün təsiri nəticəsində yorulma, diqqətin zəifləməsi səbəbindən ola bilir.
Həddən artıq səs-küyün səviyyəsi mexaniki zədələnmələrə səbəb olur, məsələn, səviyyəsi 140 дБА yüksək olan hallarda timpanik barabanın yırtılması baş verir.
Qeyd etmək lazımdır ki, səs-küyə reaksiya insanın fərdi keyfiyyətlərindən, narahat edici səs-küyün xarakterindən (tembr, akustik fon) və hətta ictimai fikirdən də asılıdır. Səs-küyün bu aspektlərinin tədqiqi ilə psixoakustika məşğul olur.