Tikinti maşınlarının səs-küyününü texniki normaları cədvəl 3.8-dən göründüyü kimi maşının tipindən və mühərrikin gücündən asılıdır. Bu zaman müxtəlif maşınlar üçün normalaşdırılan parametrlərin fərqi 12 дБА çata bilər.
Cədvəl 3.8. Tikinti maşınlarının səs-küyünün texniki normaları
Avadanlığın tipi
Güc, kVt
Səs gücünün təshislənmiş səviyyəsinin norması, дБА
3.6.Ultra və infrasəs: insana təsiri, normalaşdırılması Səs-küylə yanaşı ultra və infrasəs də insan orqanizminə zərərli təsirlər göstərir. İnfrasəs görmə aparatına, ürək-damar sisteminə pis təsir göstərir və yüksək səviyyələr zamanı insanın daxili üzvlərinin işini poza bilər. İnfrasəsin təsiri nəticəsində insan qorxu hissi, qulaqlarında ağrılar, baş ağrısı keçirdir, müvazinətin pozzulması baş verir.
İnfrasəs üzrə mövcud normaları müəyyən edən əsas sənəd sanitar normalarıdır. CH 2.2.4/2.1.8.583-96 “İşçi yerlərində, yaşayış və ictimai binalarda və yaşayış tikinti sahələrində infrasəs”. Bu sənəd normalaşdırılan parametrləri təyin edir və infrasəsin həddi buraxılabilən səviyyəsini müəyyən edir. Normalaşdırılan parametrlər oktava zolaqlarında orta həndəsi 2, 4, 8 və 16 Hs tezlikli səs təzyiqinin səviyyəsi və səsölçənin “xətti” şkalası üzrə (дБА) ölçülən səs təzyiqinin səviyyəsidir.
Qeyri sabit infrasəsin xarakteristikalarını normalaşdırmaq üçün enerjiyə görə ekvivalent olan səs təzyiqi səviyyəsindən (дБ) və səs təzyiqinin ekvivalent ümumi səviyyəsi (дБА) istifadə edilir.
İşçi yerlərində həddi buraxılabilən infrasəsin səviyyəsi müxtəlif növ əmək növləri üçün differensialdır və həmçinin yaşayış və ictimai binalarda və yaşayış tikinti sahələrində infrasəsin buraxılabilən səviyyəsi cədvəl 3.9.-da göstərilmişdir.