Şəkil 1.1.Gender bərabərliyi ideyasının yaranmasında rolu olan faktorlar.
Qadınların cəmiyyətdə vəziyyətinin dəyişməsi təkcə tarixi qanunauyğunluq kimi qəbul edilməməlidir. Eyni zamanda hər hansı bir ölkədə və ya bölgədə mövcud olan iqtisadi, sosial və mədəni mühitdən, gender bərabərliyi sahəsində həyata keçirilən siyasətdən asılı olmuşdur. Elmi-texniki tərəqqi bəşəriyyətə bir sıra yeni texnoloji nailiyyətlər bəxş edib ki, bu da müxtəlif proseslərin həyata keçirilməsində qadın və kişilərin fiziki imkanları arasında mövcud olan təbii fərqlərin aradan qaldırılmasına şərait yaradır. Gender inkişafının qiymətləndirilməsi 2 əsas əmsalın hesablanması ilə həyata keçirilir. Birincisi, gender faktorunu nəzərə almaqla insan inkişafı əmsalıdır. Bu göstərici Gender İnkişafı Əmsalıdır (GİƏ). Əmsalı hesablayarkən insan inkişafının ümumi əmsalının hesablama göstəricilərindən istifadə olunur. Fərq ondadır ki, bu göstəricilər qadınlar üçün ayrı hesablanır. Bundan sonra ümumi İnsan İnkişafı Əmsalı və qadınlar üçün alınmış Gender İnkişafı Əmsalı müqayisə olunur. Fərqin olmaması və ya az olması gender problemlərinin olmamasından və ya onların uğurlu həllindən xəbər verir. Bu o deməkdir ki, belə göstəricilərə malik ölkədə qadın və kişi eyni hüquqa malikdirlər və onların inkişafı üçün tələb olunan yaradılıbdır.
GİƏ ilə yanaşı qadınların inkişafına xidmət edə bilən imkanların mövcudluğunu qiymətləndirmək üçün digər bir əmsal hesablanır. Bu xüsusi bir əmsaldır və qadınların imkanlarının genişlənməsini əks etdirir. Bu əmsalın hesablanmasında qadınların qanunvericilik qurumlarında təmsil edilməsi, rəhbər vəzifələr tutmaları da nəzərə alınır. Rəhbər vəzifə dedikdə qadınların nazir, xarici ölkələrdə səfir vəzifələrində çalışmaları və ya şəhər ya digər yaşayış məntəqələrinin rəhbəri seçilməsi də nəzərə alınır. Dünya parlamentlərində qadınlar, ortalama bu qurum üzvlərinin 11,8 %-ni təşkil edir. Azərbaycanda bu rəqəm 12 %-dən çoxdur. Maksimal göstərici-42,7% İsveç parlamentində minimal isə qadınların qanunvericilik qurumlarında tamamıilə təmsil edilməməsi yalnız bəzi Asiya və Afrika ölkələrində müşahidə olunur. Rəhbər vəzifələrdə təmsil olunmağa gəldikdə isə, bu sahədə gender qeyri-bərabərliyi bir çox ölkələrdə, o cümlədən yüksək inkişaf etmiş ölkələrdə də mövcuddur. Müşahidə olunan qeyri-bərabərliyi aradan qaldırmaq üçün milli və beynəlxalq səviyyələrdə müvafiq tədbirlər həyata keçirilir
Dostları ilə paylaş: |