MühaziRƏ 9: “VİtamiNLƏr və Vİtam



Yüklə 172,68 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix24.01.2023
ölçüsü172,68 Kb.
#122529
1   2   3   4   5   6
Mühazirə 9

Erqosterinlərin alınması.
Erqosterin D
2
vitaminin alınması üçün 
istifadə olunan maddədir. Onu ultrabənövşəyi şüallarla (260-285 nm) 
ş
üalandırdıqda D
2
vitamininə çevrilir. Doyamamış sterinləri ultrabənövşəyi 
ş
üalarla şüalandırdıqda əmələgələn maddələr D vitaminin adı altında birləşdirilir. 


Balıq yağında olan vitamin D
7
-dihidroxolesterini şüalandırdıqda əmələgələn 
vitaminindən heç bir cəhətdən fərqlənmir. 
İ
nsan və heyvan orqanizmində çoxlu miqdarda D
7
-dihidroxolesterin sintez 
olunur ki, bu da D vitamininə olan tələbatı ödəyir. Ona görə də vitamin D 
hormonlara aid edilir və D
2
erqokalsiferol, D
3
isə xolekalsiferol adlanır. Hər iki 
vitamin orqanizmdə Ca və P mənimsənilməsinin və sümük toxumlarında 
toplanmalarını tənzim edir. Vitaminlərin çatışmaması sümükdə Ca-un azalması və 
deformasiyasına (raxitə) səbə olur. 
Kimyəvi cəhətdən vitamin D və onun ilkin maddələri təkatomlu çoxsikilli 
spirtli birləşmələrdir. 
Sterinlərə bütün canlı sistemlərdə - bakteriya, maya və kif göbələkləri, 
yosunlar, ali bitkilər və heyvanlarda rast gəlinir. Eqrosterin maya göbələklərində 
olan əsas sterindir və hüceyrədəki ümumi sterinlərin 60-90%-ni təşkil edir. Bəzi 
hallarda quru maya göbələyi kütləsinin 10%-ni erqosterin təşkil edir. Hüceyrədə 
erqosterin sərbəst və yağ turşuları ilə fərqli birləşmələr şəklində olur. Çoxlu 
miqdarda erqosterin əmələ gətirmək xassəsi Saccharomyces carlsbergensis, S. 
cerevisiae, S. chevaliery, maya göbələkləri və onlara bənzər Eremothecium ashbyii 
və Aschbya gossypii göbələklərinə xasdır. 
Eqrosterin kif göbələklərində geniş yayılmış sterin olub, Penicillium, 
Aspergillus, Fusfarium, Neurospora, Carotocystis, Rhizoctonia, Blahsella cinsli 
göbələklər tərəfindən sintez olunur. 
Bakteriyalardan E. coli xolesterin, kamnesterin, sitosterin, stiqmasterin 
maddələrini, Azotobacter chrococcum laposterin və erqosterini sintez edirlər. 
Mycobacterium rubrum bakteriyaları xolesterinə bənzər sterinlər əmələ gətirirlər. 
Prokariotların 1 q quru biokütləsində 0,001-0,1 mq, eukariotlarda isə 0,3 q sterin 
olur. Bəzi bakteriyalar (Holobacterium cutirubrum, Methyloccoccus capsulatus) 
müstəsna olaraq 0,5 və 0,55% sterin əmələ gətirirlər. 


Maya göbələkləri vasitəsilə erqosterinin biosintezi ətraflı öyrənilmişdir. 
Biosintezin əsas şərti hüceyrələri oksigenlə tam təmin etməkdir. Anaerob şəraitdə 
isə hüceyrələr erqosterinin sintezi üçün lazım olan ilkin maddə-skvalein sintez 
edirlər. 
Hüceyrədə çoxlu miqdarda zülal sintez olunduqda sterinlərin sintezi 
zəifləyir. Ona görə də sterinlərin sintezini artırmaq üçün qida mühitinə zülal 
biosintezini stimuləedən azotlu maddələr cüzi miqdarda verilir. Sterinlər hüceyrədə 
mitoxondrinin formalaşması, membran keçiriciliyinin nizamlanması, hüceyrənin 
osmotik təsirlərə qarşı müqavimətini təmin edir. 
Sənayedə erqosterin Saccharomyces cerevisiae və S. carlbergensis 
mikroorqanizmlərindən alınır. Maya göbələkləri çoxlu karbon və azot mənbəyi
güclü aerasiya olan duru qida mühitində dərin fermentasiya üsulu ilə becərilir. 
Substrat kimi şəkər çuğunduru şirəsi, etil spirti və normal parafinlərdən istifadə 
edilir. Alınan maya göbələyi kütləsinin quru çəkisində 1,5% erqosterin olur. 
Erqosterini hüceyrələrdən ayırmaq üçün əvvəlcə onu antioksidantlar əlavə etməklə 
stabilləşdirir, sonra hüceyrə qlafını qələvi (KON) məhlulunda qızdırmaqla 
parçalayırlar. Bu prosesdə lipidlər məhlula keçir, sterinlər isə üzvi həlledicilərlə 
ekstraksiya edilir. Sterin olan məhlul buxarlandırılmaqla qatılaşdırılır və etil spirti 
ilə çökdürülür. Alınan erqosterini vitamin D2-yə çevirmək üçün ultrabənövşəyi 
ş
üalarla şüalandırırlar. Bu çevrilməyə bütöv maya göbələyi hüceyrələrini 
ş
üalandırmaqla da nail olmaq olar. 
Erqosterin alınmasında Penicillium notatum göbələyindən də istifadə edilir. 
Bu göbələk sənayedə penisillin almaq üçün becərilir. Penisillin sintez olunduqdan 
sonra 
məhlula 
keçir, 
biokütlədə 
isə 
çox 
erqosterin 
toplanır.

Yüklə 172,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin