MÜHAZİRƏ 9: “VİTAMİNLƏR VƏ VİTAMİNLİ PREPARATLARIN
ALINMA BİOTEXNOLOGİYASI”
PLAN:
1.Suda və yağda həll olan vitaminlərin alınması və tətbiqi.
2. B6 vitamininin produsentləri, onun alınması və tətbiqi.
3. Riboflavinin produsentləri, onun alınması və tətbiqi.
4. Flavanoidlərin alınması.
5. Ергостеринляриналынмасы.
6. Mikroorqanizmlər tərəfindən karotinoidlərin sintezi və onların sənayedə
alınması.
Ə
dəbiyyat
1.Qənbərov X.Q., Abişov R.A.,.Ibrahimov A.Ş. “Biotexnologiyanın əsasları”,
Bakı-1994,-284s.
2.БекерМ.Е.,
ЛиепиньшГ
.К.,
РайпулисЕ
.П.
Биотехнология
.
–
М
.:
Агропромиздат
, 1990
3.Варфоломеев С.Д., Калюжный С.В. Биотехнология: Кинетические основы
микробиологических
процессов. – М.: Высшая школа, 1990. – 296 с.
4.Голубев В.Н., Жиганов И.Н. Пищевая биотехнология. М.: ДеЛи принт, 2001
г
.
5. Елинов Н.П. Основы биотехнологии. – С.-Пб.: Наука, 1995.
Təbiətdə vitaminləri əsasən bitki və mikroorqanizmlər sintez etmək
qabiliyyətinə malikdirlər. Bu xassə mikroorqanizmlər arasında daha geniş
yayılmışdır. İnsan və heyvanlar isə adətən vitaminləri hazır qidalardan alırlar.
Heyvanlar bəzi vitaminlərlə mədə-bağırsaq sistemlərində fəaliyyət göstərən
mikroblar vasitəsilə təmin olunurlar.
Həyat üçün vacib olan maddələri ilk dəfə 1881-ci ildə rus alimi Lunin kəşf
etmiş, sonralar isə Polşa alimi Funk bu maddələrə vitamin (“həyat amini”) adını
vermişdir. Elmi cəhətdən bu ad özünü doğrultmasa da (vitaminlərin çoxunda amin
qrupu yoxdur) indiyə qədər öz əhəmiyyətini itirməmişdir.
Vitaminlər orqanizmdə aşağıdakı funksiyaları daşıyırlar:
1.katalitik və ya koferment funksiya;
2.antimutagen funksiya;
3.qeyri-koferment funksiya.
Vitaminlər bir çox fermentlərin kofermentləri olub, müxtəlif reaksiyaların
gedişində iştirak edirlər ki, bu da onların katalitik funksiyasını müəyyən edir.
Qeyri-koferment funksiya isə vitaminlərin bir çox zülallar və nuklein turşuları
sintezinin tənzim olunması, müxtəlif maddələrin hüceyrəyə daxil olmasında böyük
rol oynamalıdır. Bəzi vitaminlər (vitamin C, α-tokoferol, β-karotin) canlılar üçün
antimutagen funksiya daşıyırlar.
Mikroorqanizmlər tərəfindən vitaminlər iki: passiv və aktiv yolla əmələ
gəlir. Passiv yol mikrobların torpaq və su hövzələri, insan və heyvanların mədə-
bağırsaq sistemlərində vitaminlər sintez etməlidirlər. Bununla yanaşı çoxlu
miqdarda vitaminlər mikrob hüceyrəsinin avtolizi nəticəsində ətraf mühitə yayılır.
Aktiv yol isə vitaminlərin laboratoriya və zavodlarda müəyyən məqsədlə
alınmasıdır. Bu halda xüsusi şərait yaratmaq və mutant formalar almaqla
mikrobları çoxlu miqdarda vitamin sintez etməyə “məcbur” edirlər. Məhz ona görə
də belə vitamin sintezinə aktiv sintez deyilir.
Mikroorqanizmlər təbii halda vitaminləri amin turşuları, antibiotik və s.
metabolitlərə nisbətən 1000 dəfə az sintez edirlər. Demək olar ki, mikrob hüceyrəsi
tərəfindən vitaminlərin sintezi minor (əlavə və ya qeyri-əsas) sintez kateqoriyasına
daxil olaraq onun həyat fəaliyyətinin mütləq məhsulu sayılmır. Laboratoriya
şə
raitində mikrob hüceyrəsindən çoxlu miqdarda vitamin alınması, ilk növbədə,
vitamin sintezi tənziminin mikrob hüceyrəsi üçün faydalığının pozulması hesabına
başa gəlir.
Vitaminlər 2 böyük qrupa bölünürlər: 1) suda və 2) yağda həll olanlar.
Dostları ilə paylaş: |